Əfsanəvi basketbolçunun forma nömrəsi üçüncü dəfə əbədiləşdirilib
Bakı, 14 fevral, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Orlando Mecik” komandası sabiq oyunçusu Şakil O'Nilin forma nömrəsini əbədiləşdirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı veteran basketbolçunun vaxtilə Orlando təmsilçisinin heyətində geyindiyi 32 nömrəli forma bundan sonra heç bir oyunçuya verilməyəcək. Qərar "Oklahoma-Siti Tander"lə oyundan sonra təşkil olunmuş xüsusi mərasimdə elan edilib.
Bununla bağlı təəssüratlarını bölüşən Ş.O'Nil bildirib: "Köhnə bir deyim var: haradan gəldiyini unutma. Mən peşəkar karyerama “Orlando Mecik”də başladım və idmançı həyatımın çox hissəsi burada keçdi. Hər kəs mənə isti münasibət göstərdi. Amma açığı, klubun 32 nömrəli formanı əbədiləşdirəcəyini heç düşünməzdim. Çox xoşbəxtəm, hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, daha əvvəl Şakil O'Nilin “Los-Anceles Leykers”dəki 34, "Mayami Hit"dəki 32 nömrəli forması əbədiləşdirib. Bununla da o, Uilt Çemberlen və Pit Maraviçdən sonra forması üç NBA təmsilçisi tərəfindən əbədiləşdirilən üçüncü oyunçu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]