ƏFSANƏVİ NEFTÇİ FƏRMAN SALMANOV VƏFAT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 31-də Moskvada görkəmli soydaşımız, əfsanəvi neftçi Fərman Salmanov uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat etmişdir.
Fərman Salmanov 1931-ci il iyulun 28-də Şamxor rayonunun Morul kəndində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini dağ mühəndisi-geoloq ixtisası üzrə bitirmiş və bütün ömrünü bu peşəyə həsr etmişdir. Fərman Salmanov 30 ildən artıq Qərbi Sibirdə işləmiş, 130-dan çox neft və qaz yatağını kəşf etmişdir.
Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı, Qubkin adına mükafatın laureatı olan F.Salmanov Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər dövlət mükafatlarına layiq görülmüşdür. O, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiyanın əməkdar geoloqu, bu ölkənin neft-qaz sənayesinin fəxri işçisidir.
F.Salmanov 2002-ci ildən son vaxtlaradək Rusiyanın “İtera” neft-qaz şirkətinin direktorlar şurası sədrinin müşaviri işləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:57]
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb
- 21.05.2026 [18:45]
Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO
- 21.05.2026 [14:04]
BMT-nin Baş katibinin müavini Azərbaycana səfərə gəlib
- 21.05.2026 [12:43]