Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əkinçi”dən bu günə - Azərbaycan mətbuatının 150 illik İNKİŞAF YOLU

“Əkinçi”dən bu günə - Azərbaycan mətbuatının 150 illik İNKİŞAF YOLU

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan cəmiyyəti mötəbər bir tarixi günü qeyd etməyə hazırlaşır. Cəmi bir neçə gün sonra milli mətbuatın yaranmasının 150 illiyi böyük coşqu və sevinclə qeyd ediləcək. Bu coşqu və sevincin bir səbəbi milli mətbuatın 150 yaşının tamam olmasıdırsa, digər səbəbi belə əlamətdar hadisənin öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş, regionun yeni güc mərkəzi kimi qəbul olunan yeni Azərbaycan reallığında qeyd edilməsidir.

Təbii ki, dövlət müstəqilliyimiz kimi, milli mətbuatımız da bu günə heç də asanlıqla gəlib çıxmayıb. Azərbaycan mətbuatı 150 il ərzində çətin və şərəfli inkişaf yolu keçib.

AZƏRTAC “Bizim.Media”nın Baş redaktoru Anar Tahirovun “Əkinçi”dən bu günə - Azərbaycan mətbuatının 150 illik İNKİŞAF YOLU” sərlövhəli məqaləsini təqdim edir.

“Əkinçi” necə yarandı?

XIX əsr çar Rusiyasında yaşayan xalqlar üçün bir intibah dövrü idi. Rus şovinizminin ağır şərtləri altında yaşayan çoxsaylı xalqların ziyalı təbəqəsi milli oyanışa öz töhfələrini verməyə başlamışdı. Bu oyanışın məntiqi nəticə qazanması üçün isə, ilk növbədə, hər bir xalqı təşkilatlandıran, onu milli dəyərlərə sahib çıxmağa təşviq edən mətbuat lazım idi.

Çox təəssüf ki, çar hökumətinin ağır şərtləri və rus şovinizmi qeyri-rus xalqlara öz mətbu orqanlarını yaratmağa imkan vermirdi. Bu istiqamətdə atılan addımlar birmənalı şəkildə nəticəsiz qalırdı. Təkcə bir faktı qeyd edək ki, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi milli mətbuat orqanını təsis etmək üçün 15 ilə yaxın mübarizə aparmışdı. O, 1861–1865-ci illərdə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil aldığı illərdə belə Azərbaycan dilində qəzet nəşr etdirmək istəmişdi. Lakin onun təşəbbüslərinin qarşısı hər dəfə müxtəlif vasitələrlə alınmışdı.

Uzun və gərgin mübarizədən sonra nəhayət 1875-ci ildə Zərdabi öz arzusuna çatdı və istədiyi qəzetin nəşri üçün Bakı qubernatorundan icazə aldı. Təbii ki, bu icazədə kifayət qədər ağır şərtlər vardı. Çünki çar hökuməti milli mətbuatın formalaşmasında maraqlı deyildi. Ona görə də Həsən bəy Zərdabiyə ictimai-siyasi qəzet yox, əkin-biçin məlumatları yaymaq hüququ verilmişdi. Bu səbəbdən də qəzetin adı “Əkinçi” adlandırıldı.

Maraqlıdır ki, qəzetin nəşrinə icazə verilməsində Zərdabinin peşəsi xüsusi rol oynamışdı. Təbiət elmləri üzrə təhsil aldığı üçün Zərdabinin əkin-biçin məlumatlarının yayılacağı vədi Moskvaya inandırıcı gəlmişdi.

3 ilə 56 nömrə

“Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü. Qəzet ərəb əlifbası ilə Azərbaycan dilində yayımlanan ilk milli qəzetdir. “Əkinçi” iki dəfə 300–400 tirajla yayımlanıb, ümumilikdə 56 sayı işıq üzü görüb.

“Əkinçi” Azərbaycanda qəzetçilik ənənəsini yaratmaqla yanaşı, ilk jurnalist nəslini formalaşdırdı, peşə prinsiplərini müəyyənləşdirdi. Azərbaycan dilinin rəsmi statusda fəaliyyətinə imkan verən bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində tarixi xidmətlər göstərdi. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani və digər Azərbaycan mütəfəkkirləri qəzetin ilk yazarlarından idilər.

Bundan başqa, Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edən “Əkinçi” qəzeti dil islahatlarına da töhfə verdi. Ən əsası, qəzet milli oyanışda əvəzsiz rol oynadı.

Onu da qeyd edək ki, “Əkinçi” Bakıda çap olunsa da, o, ümumrusiya müsəlmanlarının qəzetinə çevrilmişdi. Onu Dağıstanda, Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular.

Məhz bu səbəbdən çar hökuməti qəzetin nəşrinin dayandırılmasına qərar verdi və 1877-ci il sentyabrın 29-da qəzetin fəaliyyəti dayandırıldı. Amma cəmi 2 il ərzində “Əkinçi” öz toxumunu düşüncələrə əkmişdi. Zaman keçdikcə həmin toxumlar cücərdi və milli mətbuatın yeni, daha güclü inkişafına zəmin yaratdı.

Milli düşüncənin formalaşmasında “Əkinçi”nin rolu

Nəzərə almaq lazımdır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı təkcə Qafqazın iqtisadi deyil, həm də mədəni mərkəzinə çevrilmişdi. Ozamankı Bakıda çoxsaylı rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri, qəzetləri fəaliyyət göstərirdi. Bu qədər qarşıdurma və rəqabət şəraitində milli mətbuatı formalaşdırmaq, onu inkişaf etdirmək çox çətin idi. Etiraf etməliyik ki, o dövrdə “Əkinçi” milli mətbuatın yeni nəsli üçün bir mayak, bələdçi oldu.

Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda onun qurucularının demək olar əksəriyyəti yazarlar və mətbuat camiəsinin nümayəndələri idilər.

Sovet dövründə mətbuat

Sovet dönəmində mətbuat yalnız texniki baxımdan inkişaf etdi. Çünki 70 il ərzində bir dənə də olsun müstəqil mətbu orqanı fəaliyyət göstərmədi. Daha doğrusu, müstəqil mətbuatın fəaliyyətinə imkan verilmədi.

Buna görə də bütün media subyektləri partiya təşkilatlarının və dövlət qurumlarının orqanı kimi fəaliyyət göstərdi. Lakin senzuranın pik həddə olduğu SSRİ dönəmində belə əzmkar jurnalistlərimizin səyi ilə Zərdabi ənənələri unudulmadı.

Mətbuatın inkişafında Ümummilli Liderin rolu

Mediamızın əsas inkişaf dövrü ikinci dəfə müstəqillik qazandığımız illərə təsadüf edir. Müstəqilliyimizin ilk illərdən etibarən çoxsaylı qəzet və jurnallar nəşr olundu, sovet dönəmindən qalmış stereotiplər dağıdıldı.

Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə mətbuatın inkişafı, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət yalnız mətbuata qayğı göstərmirdi, həm də media ilə fəal əməkdaşlıq edirdi. Onun bütün səfərlərinə, görüşlərinə müxtəlif mətbuat nümayəndələri dəvət olunurdu. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə jurnalistlərlə hər il geniş tərkibdə görüşlər keçirirdi. Bununla da mətbuatın dövlətçilik və cəmiyyət üçün əhəmiyyəti xüsusi şəkildə vurğulanırdı.

Eyni zamanda, Heydər Əliyevin hakimiyyəti dövründə mətbuatın davamlı inkişafı üçün hüquqi baza yaradılmasına xüsusi diqqət yetirilirdi. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan ilk Milli Konstitusiyada mətbuata xüsusi yer ayrıldı. Konstitusiyada qeyd olunub: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

Bu, mətbuatın “dördüncü hakimiyyət” kimi de-yure tanınması demək idi. Azad mətbuatın inkişafını demokratik cəmiyyətin əsası kimi görən dahi Öndər 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə hesab olunur. Həmin Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Üstəlik, “Hərbi senzura yaradılması haqqında” 1992-ci il 16 aprel tarixli Fərman və “İnformasiya yayımı üzərində nəzarət haqqında” 1993-cü il 15 aprel tarixli Sərəncam ləğv edildi.

Bununla da azad sözün və demokratik medianın inkişaf yolundakı bütün əngəllər aradan qaldırıldı.

1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanun mətbuat sahəsində demokratik prinsiplərin daha da möhkəmlənməsinə xidmət etdi. Bu sənəd bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına və yeni mətbuat orqanlarının daha asan qeydiyyatına imkan yaratdı.

XXI əsrin ilk illərinə mətbuatımızın inkişafı üçün atılan addımlar

Ümummilli Lider Heydər Əliyevin mətbuatla bağlı xüsusi konsepsiyası var idi. Ulu Öndər çalışırdı ki, ölkənin demokratikləşməsi yolunda əsas sahələrdən biri də mətbuat olsun. Bu istək davamlı fəaliyyətlə həyata keçirilirdi.

2000-ci ilin martında imzalanan Sərəncamla “2000–2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiqləndi. Həmçinin Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, onun yerinə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

Müstəqilliyin ilk illərində müstəqil mətbuatın ayaqda qalması asan deyildi. Reklam bazarının zəifliyi səbəbindən qəzetlərin “Azərbaycan” nəşriyyatına 450 min ABŞ dolları məbləğində borcu yığılmışdı. Bu problemi dərindən araşdıran Ulu Öndər Heydər Əliyev məsələyə dərhal müdaxilə etdi və qəzetlərin borcu donduruldu.

2003-cü il martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Nəzərə alaq ki, bu addımın azad mətbuatın inkişafında xüsusi rolu var. 22 ildən çoxdur davam edən fəaliyyəti müddətində Mətbuat Şurası jurnalistikanın inkişafında önəmli rol oynamağı bacarıb.

Bütün bunlarla yanaşı, milli mətbuatın yubileylərinin geniş qeyd olunması, media orqanlarına birdəfəlik yardımların göstərilməsi, jurnalistlərin fəxri adlarla təltif olunmaları və sosial müdafiəsinin gücləndirilməsi müstəqilliyimizin ilk 10 ilində həyata keçirilən davamlı tədbirlərdən, sadəcə, bir neçəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə media azadlığı və hüquqi islahatlar

Demokratik və sivil dövlət quruculuğuna sadiqliyini əyani şəkildə sübut edən Azərbaycan Prezidenti İlham Əliyevin mediaya xüsusi yanaşması hər zaman göz önündə olub. Onun həyata keçirdiyi siyasət birbaşa müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edir. Azərbaycan hökuməti söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün zəruri addımları atıb və atmağa davam edir.

2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin Sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görüldü. Həmin dövrdə dövlətimizin başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edildi.

Azərbaycan Prezidentinin 2006-cı il 8 fevral tarixli Sərəncamı isə mətbuat üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu sənədə əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. Bu, azad sözün inkişafına böyük dəstək və stimul oldu.

Prezident İlham Əliyev, ümumiyyətlə, media azadlığının təmin olunması və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində ardıcıl, məqsədyönlü siyasət yürüdüb. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirdi. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” Qanun isə müasir texnologiyaların tətbiqi ilə medianın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı.

Prezident İlham Əliyev fəaliyyət dövrü ərzində Azərbaycan mətbuatının ən güclü dəstəkçisi olub. Qəzetlərin borclarının silinməsi ilə yanaşı, onlara davamlı olaraq maliyyə yardımları ayrılıb. Məsələn, 2018-ci il 16 iyul tarixli Sərəncamla ölkədə nəşr olunan qəzetlərə dövlət tərəfindən böyük maliyyə dəstəyi göstərildi.

MEDİA-nın Azərbaycan mətbuatının inkişafındakı rolu

Təbii ki, dəyişən zaman və texnoloji mühit digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də islahatları zəruri edirdi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan çox əhəmiyyətli bir addım oldu. Bu Fərman əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs kimi yaradıldı. MEDİA müasir dövrün çağırışlarına uyğun şəkildə mətbuat sahəsində çevik və effektiv fəaliyyət göstərməyə başladı.

Bununla yanaşı, sonrakı dövrdə “Media haqqında” yeni Qanun qəbul edildi. Bu Qanun müasir tələbləri və beynəlxalq hüquqi standartları nəzərə almaqla hazırlanaraq və milli mətbuatın davamlı inkişafını təmin etmək məqsədi daşıyır.

MEDİA qısa müddətdə ölkə mətbuatında islahatların dərinləşdirilməsi istiqamətində bir sıra uğurlara imza atdı. Medianın institusional formada gücləndirilməsi, jurnalistlərin peşə vərdişlərinin təkmilləşdirilməsi, maliyyə dəstəyinin şaxələndirilməsi bu fəaliyyətin əsas istiqamətləri oldu.

Mətbuata göstərilən bu sonsuz diqqət və qayğı cavabsız qalmadı. Məhz bu yüksək dəstəyin nəticəsidir ki, Prezident İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

44 günlük müharibə və milli mətbuatın mövqeyi

Qırx dörd günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan mətbuatı sözün əsl mənasında müsəlləh əsgər kimi dövlətin, ordunun və Ali Baş Komandanın yanında dayandı. Hərbi-siyasi sahədə əldə edilən uğurlar ideoloji sahədə də medianın fəaliyyəti ilə ən yüksək səviyyəyə çatdırıldı.

Mətbuat-hakimiyyət münasibətlərində milli maraqlara əsaslanan qarşılıqlı inam və etimad formalaşdı. Bu birlik və həmrəylik nəticəsində Azərbaycan mətbuatı xalqımızın operativ şəkildə doğru informasiyaya çıxışını təmin etdi. Nəticədə feyk məlumatların informasiya məkanımızda yayılmasının qarşısı alındı.

150 illik şərəfli inkişaf yolu

Azərbaycan milli mətbuatının 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol, bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir.

Həsən bəy Zərdabinin milli ruhla qələmə aldığı “Əkinçi” qəzeti o dövrün milli oyanışına təkan verdiyi kimi, bu gün də onun qoyduğu təməl prinsiplər müasir Azərbaycan mediasının ideya dayaqlarından biri olaraq qalır. Əldə etdiyimiz uğurlar göstərir ki, milli mətbuatımız yalnız keçmişin mirası deyil, həm də gələcəyə aparan güclü bir vasitədir.

Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan mətbuatı təkcə hüquqi və maddi-texniki baxımdan deyil, həm də institusional və ideoloji baxımdan daha da güclənib. Mətbuat sahəsində atılan hər addım medianın inkişafına, informasiya təhlükəsizliyinə və milli maraqların qorunmasına xidmət edir.

Vətən müharibəsində və postmüharibə dövründə milli mətbuatın göstərdiyi birlik, vətənpərvərlik və peşəkarlıq bir daha sübut etdi ki, Azərbaycan mediası bu gün təkcə məlumat daşıyıcısı deyil, həm də milli iradənin, ideoloji gücün və ictimai həmrəyliyin önəmli dayağıdır.

Bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək