EKSPERT KOMİSSİYASI YARADILMIŞDIR
“Dənizneftlayihə” İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, təcrübəli mütəxəssislərdən ibarət komissiya mühüm iqtisadi əhəmiyyət daşıyan həmin məsələ ilə bağlı bir sıra təkliflər hazırlamışdır. Bu təkliflərdən ən vacibi dizel yanacağının hidrogenlə təmizlənməsi üsuludur ki, bunun üçün neft emalı müəssisələrinin birində xüsusi qurğu tikilməlidir. Ekoloji cəhətdən sərfəli hesab edilən, lakin külli miqdarda vəsait tələb olunan həmin qurğunun inşasının məqsədəuyğunluğu yaxın vaxtlarda müəyyən ediləcəkdir.