Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Nefroloq çox vaxt pasiyentin şəkərli diabet xəstəsi olmasından şübhələnən birinci həkim olur

Bakı, 9 fevral, Əziz Məmmədov, AZƏRTAC

Dünyanın bir çox ölkələrində səhhətindən şikayəti olmayan insanlar ildə bir dəfə kompleks tibbi müayinədən keçirlər. Bu cür müayinə hiss olunmadan keçən təhlükəli xəstəlikləri istisna etməyə və ya onların vaxtında aşkar olunmasına imkan verir. Lakin təəssüf ki, vətəndaşların əksəriyyəti kompleks tibbi müayinənin səmərəli olmasını hələ də başa düşmür və nəticədə onlar çox vaxt mütəxəssislərə xəstəliyin sonrakı mərhələsində müraciət edirlər. Məsələn, bəzi böyrək xəstəlikləri uzun müddət, demək olar ki, heç bir simptomsuz cərəyan edir. Belə hallarda problemlər yalnız təsadüfən aşkar edilə bilər. Buna görə ildə ən azı bir dəfə sidiyi ümumi analizi etdirmək məsləhət görülür. Hazırda Azərbaycanda həm dövlətə məxsus, həm də özəl klinikaların çoxunda elementar analizlər aparılması mümkündür.

Azərbaycan Səhiyyə Nazirliyinin Transplantologiya üzrə Əlaqələndirmə Şurasının üzvü, Yaponiyanın Toxoku Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının nefroloqu Elnur Fərəcov bu fikirləri AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə söyləyib.

E.Fərəcov nefroloq ixtisası barədə məlumat verərək deyib: “Nefroloq böyrək xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Bundan əlavə, təkcə spesifik problemlər yarandıqda deyil, həm də profilaktika məqsədli ilə hər il nefroloqdan məsləhət almaq zəruridir. Məsələn, aşağıda sadalanan simptomlar aşkar edildikdə: sidik ifrazı rejiminin pozulması, sidiyin rənginin və qoxusunun dəyişməsi, sidikdə qan görünməsi, sidik analizinin nəticələrinin qeyri-qənaətbəxş olması, qurşaq nahiyəsində ağrılar, ürək-damar sistemi ilə bağlı problemlər yarandıqda nefroloq-həkimlə məsləhətləşmək vacibdir.

Bildiyiniz kimi, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin sayı ilbəil artır. Bu ağır və kəskinləşən xəstəlik həyati əhəmiyyətli bütün orqanların - baş beyinin, ürəyin, böyrəklərin, gözün tor qişasının, aşağı ətrafların müxtəlif kalibrli qan damarlarının zədələnməsi ilə səciyyəvidir. Bu halda tibbi yardım üçün gec müraciət edilməsi, pasiyentin ona təyin olunmuş müalicədən imtina etməsi, qidalanma və həyat tərzi barədə həkimin tövsiyələrinə əməl etməməsi qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Üstəlik, şəkərli diabet müxtəlif fəsadlar yaranması ilə səciyyəvi olan xəstəlikdir, böyrəklərin patologiyası isə çox tez-tez rast gələn haldır. Bəzən xəstəliyin subyektiv əlamətləri üzə çıxana qədər pasiyentin şəkərli diabetə tutulmasından şübhələnən və onu qan analizinə göndərən birinci həkim məhz nefroloq olur”.

E.Fərəcov bu müsahibədə böyrək çatışmazlığı yaranmasının səbəbləri mövzusuna da toxundu. Nefroloq dedi: “Böyrək çatışmazlığı elə patoloji vəziyyətdir ki, bu halda böyrəklərin sidikyaratma və (və ya) sidik ifrazı qabiliyyəti qismən və ya tamamilə itirilir, nəticədə orqanizmin su-duz, turşu-qələvi balansı pozulur, osmotik homoestazla bağlı ciddi pozuntular yaranır. Bu isə orqanizmin bütün sistemlərinin təkrar zədələnməsinə gətirib çıxarır. Bu xəstəliyin daha mürəkkəb mərhələsi olan kəskin böyrək çatışmazlığı böyrək toxumalarının kəskin zədələnməsi nəticəsində qəflətən inkişaf edir və ifraz edilən sidiyin miqdarının kəskin azalması və hətta tamamilə kəsilməsi ilə səciyyələnir.

Adətən pasiyentlər nefroloqa xeyli gec - xəstəliyin üçüncü və ya dördüncü mərhələsində müraciət edirlər. Bu halda böyrək çatışmazlığı ürək bulanması, ümumi zəiflik, təngnəfəslik, anemiya, iştahanın itirilməsi şəklində təzahür edir. Çox vaxt belə vəziyyət pasiyentin özünün təqsiri üzündən yaranır. Halbuki adekvat müalicə metodları vaxtında və düzgün tətbiq edildikdə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin əksəriyyəti sağalaraq normal həyata qayıdır. Bundan əlavə, xəbərdaredici siqnallar var, onlara diqqət yetirmək lazımdır. Ən mühüm siqnal arterial təzyiqin artması və arterial hipertenziyadır.

Müasir dövrdə maddələr mübadiləsi ilə bağlı xəstəliklər - şəkərli diabet, ürəyin işemik xəstəliyi və yuxarıda qeyd etdiyimiz arterial hipertenziya daha geniş yayılıb. Təəssüf ki, bu gün 35 yaşlı insanlar arasında insult və infarkt halları da nadir hadisə deyil. Arterial hipertoniyanın səbəblərinin 90 faizi naməlum qalır. Bununla belə, arterial hipertenziyanın inkişaf etməsi riskini artıran müəyyən amillər məlumdur: siqaret çəkmək, alkoqoldan və duzdan hədsiz istifadə etmək, piylənmə, fiziki fəallığın az olması, stresslərə hədsiz məruz qalmaq, belə xəstəliklərə irsi meyillilik və sair”.

Nefroloq-həkim arterial təzyiqin normallaşdırılması üsulları barədə tövsiyələrini də bölüşdü: “Təəssüf ki, qan təzyiqinin yenidən artmasını anlamağa imkan verən hər hansı dəqiq zahiri əlamət yoxdur. Çəkinin normallaşdırılması qan təzyiqinə nəzarətin ən səmərəli dərmansız metodu olaraq qalır. İnsan 3-5 kq arıqlamaqla qan təzyiqini aşağı salar və sonradan ona yaxşı nəzarət edə bilər. Buna görə də mütəmadi olaraq təmiz havada fiziki hərəkətlər etmək, idman yerişi, qaçış, velosiped sürmək, üzmək arterial təzyiqin artmasının qarşısını ala bilər. Ciddi fiziki fəallıq çəkini və stressin orqanizmə təsirini də azaltmağa kömək edə bilər. Qida çox duzlu olmamalıdır. Alkoqollu içkilərdən istifadəni minimuma endirmək, qəbul edilən duzun miqdarını sutkada iki milliqrama qədər məhdudlaşdırmaq lazımdır. Mütəxəssislər bu qənaətə gəliblər ki, spirtli içkilərdən sui-istifadə edən şəxslərdə hipertoniya, çəkin artması halları daha çox müşahidə olunur, bu isə arterial təzyiqə nəzarət etməyi çətinləşdirir. Tez-tez başı ağrıyan, başgicəllənmədən, ürək döyüntüsündən əziyyət çəkən və digər əlamətlər müşahidə olunan insanlara məsləhətim budur ki, qan təzyiqini mütəmadi ölçsünlər və bu göstərici normadan kənar olduqda nefroloqa və ya kardioloqa müraciət etsinlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək