Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir

Ekspert: Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir

Bakı, 3 mart, Əziz Məmmədov, AZƏRTAC

Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir: onlarda şişlər ayrı-ayrı orqanlarda olur. Belə ki, ağciyər, mədə-bağırsaq traktı, süd vəzisi, sidik kisəsi, prostat vəzi və qadın cinsiyyət orqanlarının xərçənginə uşaqlarda çox nadir halda rast gəlinir. Bundan başqa, uşaqlarda xərçəng şişlərinə, demək olar ki, təsadüf olunmur. Lakin uşaqlarda şişin mezenximal - sarkoma, embriom və qarışıq forması üstünlük təşkil edir. Bununla yanaşı, uşaqlarda şişlərin tamam başqa morfoloji strukturu var. Birinci yerdə qanyaradıcı orqanların, sonra baş və boyun, daha sonra retroperitoneal sahənin şişləri, nəhayət, sümük və dəri şişləri gəlir. Daha çox rast gəlinən leykoz və leykemiyadır. Başlıca fərq isə uşaq müalicə praktikasının yüksək effektivliyidir. Doğrudur, bu da özündə şüalanmanı, kimyəvi terapiyanı və cərrahi müdaxiləni əhatə edir. Qeyd etmək lazımdır ki, böyüklərdən fərqli olaraq, uşaqda xərçəngə vaxtında diaqnoz qoymaq çətindir, lakin aşkar etmək asandır.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri, yüksəkixtisaslı onkoloq-cərrah, tibb elmləri doktoru Reyman İsmayılzadə məlumat verib.

Uşaqlarda onkoloji xəstəliklərin yaranma səbəbləri barədə məsələyə toxunan R.İsmayılzadə təəssüflə qeyd edib ki, xərçəngin dəqiq ilkin əlamətləri yoxdur. O deyib: “Onkoloji xəstəliklər daha çox digər xəstəlik, məsələn, respirator infeksiyaları altında gizlənir. Xəstəliyin yaranması əsasən əzginliyin, zəifliyin, əsəbiliyin artması, iştahasızlıq, arıqlamaq, fəallığın azalması ilə müşayiət olunur. Bu cür vəziyyətin yaranmasına çoxlu səbəb ola bilər, xüsusən ona görə ki, uşaqlarda bir çox şişlər gizli lokalizasiyaya malikdir. İstənilən halda ya həkim çağırmaq, ya da konsultasiyaya müraciət etmək lazımdır. Onkoloji ehtiyatlılığın olmaması da mənfi rol oynayır. Məsələn, valideynlər uşaqlarda başağrısına və ya yorğunluğa fikir verməyə də bilər.

Praktika göstərir ki, anlaşılmaz vəziyyətlərdə dərhal ən pis diaqnoz barədə fikirləşmək daha düzgündür. Günəş şüaları altında uzun müddət qalmaq onkoloji xəstəlik törədə bilər. Radiasiya fonu uşağın bərkiməmiş orqanizminə mənfi təsir göstərir. Siqaret tüstüsü də bu qəbildəndir. Buna görə də valideynlərə uşaqların yanında siqaret çəkməmək tövsiyə edilir.

Uşaq orqanizmi üçün düzgün qidalanma çox vacibdir. Məsələn, qida rasionunda meyvə-tərəvəz az olarsa, hisə verilmiş, qızardılmış və ya tərkibində zərərli maddələr olan yeməklər üstünlük təşkil edirsə, uşaqlarda onkologiya ehtimalı artır. Uşaqların müalicəsində onların valideynlərinin rolunu da qeyd etmək istəyirəm. Uşaqların xəstəliyi haqqında xəbər valideynlərə çox pis təsir edir. Bilmirlər ki, bundan sonra nə etsinlər, necə yaşasınlar, lakin uşaq onkologiyası bölməsinə gəldikdən sonra görürlər ki, kimisə burada müalicə edirlər, kiminsə vəziyyəti yaxşılaşıb. Bu, onlara ümid və müalicə üçün güc verir”.

Reyman İsmayılzadə çalışdığı tibb müəssisənin yaradılması və fəaliyyət haqqında da məlumat verib. “2012-ci ilin mart ayında uşaq onkologiyasında respublika miqyasında sıçrayış oldu - Milli Onkologiya Mərkəzində Uşaq Onkoloji Klinikası fəaliyyətə başladı. Bu, səhiyyənin ən yaralı problemlərinin həllinə yönələn çox mühüm addımdır. Klinika müasir təbabətin qlobal problemlərindən birinin həllində - uşaqlarda onkoloji xəstəliklərin ağırlaşmasına qarşı mübarizədə mühüm funksiyanı yerinə yetirir. Uşaq Onkoloji Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük xidməti var. Hazırda Uşaq Onkoloji Klinikası bütün regionda bu qəbildən olan yeganə tibb müəssisəsidir. Burada kompleks müalicənin bütün növləri yüksək səviyyədə icra edilir, o cümlədən kimya və şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Klinika ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək tikilib. Uşaqların özlərini rahat hiss etmələri üçün klinikanın dəhlizlərinin divarları müxtəlif nağıl və cizgi filmlərinin qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bu isə klinikadakı ümumi mühiti ev şəraitinə yaxınlaşdırır, qeyri-xəstəxana ab-havası yaradır. Xəstələrin yanına gələnlər uşaqlarla istirahət otaqlarında da görüşə bilərlər. Klinikada çoxlu stasionar palatalar var. Uşaq şöbəsində balacaların zövqünə və yaşına uyğun qurulan hər palatada ayrıca vanna otağı, televizor var, habelə müalicə almaq üçün lazımi şərait yaradılıb. Palatalarda valideynlərin övladlarının yanında qalması da nəzərə alınıb. Bundan başqa, klinikada dünyada mövcud olan perspektiv proqramlar və müalicə metodları tətbiq edilir. Hazırda klinikada 50-dək uşaq müalicə alır. Onların sırasında intellektləri və istedadları ilə seçilən uşaqlar çoxdur.

Uşaq Onkoloji Klinikasında çalışan mütəxəssislər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Avstriya, ABŞ, Almaniya və Türkiyənin qabaqcıl tibb müəssisələrində təhsil alıblar. Klinikada müasir standartlara uyğun 18 protokol üzrə terapiya aparılır və yaranmış fəsadlar peşəkarlıqla aradan qaldırılır. Başlıca məqsəd beynəlxalq təcrübəni, yeni texnologiyanı, habelə fərdi yanaşmanı tətbiq etməklə xəstələri sağaltmaqdır.

Klinika dövlət büdcəsi hesabına ən müasir tibbi avadanlıqla təchiz edilib, habelə gündəlik lazım olan bütün dərman növləri ilə təmin olunub. Uşaq Onkoloji Klinikası yaradılandan sonra azərbaycanlı uşaqların müalicə almaq üçün xaricə getməsinə ehtiyac qalmayıb”, - deyə R.İsmayılzadə bildirib.

1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş Reyman İsmayılzadə həkimlik fəaliyyətinə Belarusda başlayıb. Orada N.Aleksandrov adına Elmi-Praktiki Onkologiya və Tibbi Radiologiya Mərkəzinin onkomamalogiya bölməsinin və onkoginekologiya qrupunun baş elmi işçisi olub. 1991-ci ildə Moskvada (Uşaq Onkologiya İnstitutu), 1992-ci ildə Almaniyada (Lübek şəhər Universitet Klinikası), 1994-1995-ci illərdə İngiltərədə (Birminqhemdə Kral VII Edvard adına Uşaq Xəstəxanası) uşaq onkologiyası üzrə staj keçib. Ümumdünya Uşaq Onkoloqları Assosiasiyasının, Avropa Hipertermik Onkologiya Assosiasiyasının üzvüdür, 160-dan çox elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili