Ekvadorda çimərlikdə insan başları tapılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Ekvador polisi bazar günü turistlər arasında populyar olan çimərliklərin birində beş insan başı aşkarlayıb.
AZƏRTAC xəbər verir ki, insan başları Puerto-Lopes çimərliyində iplə iki taxta dirəyə bağlanıb. Həmin dirəklərdə taxta lövhələrdə əraziyə nəzarət edən cinayətkar dəstələrə ünvanlanan hədələr yer alıb və “Şəhər bizə məxsusdur” sözləri yazılıb.
Ekvadorun Puerto-Lopes sahil şəhəri balinaların müşahidəsi üçün məşhur turizm məkanıdır. Ötən ilin dekabrında həmin çimərlikdə azı doqquz nəfər, o cümlədən bir körpə uşaq zorakılıqla qətlə yetirilmişdi. Hakimiyyət orqanları bu hadisəni yerli dəstələr arasında qarşıdurma ilə əlaqələndirmişdi.
Qeyd edək ki, dünyada kokain istehsalında lider olan iki ölkə - Kolumbiya və Peru arasında yerləşən Ekvador son illər narkotik ticarəti üçün mühüm tranzit ölkəyə çevrilib. Ölkə Prezidenti Daniel Noboa bir neçə əyalətdə fövqəladə vəziyyət elan edərək narkokartellərə qarşı mübarizəyə başlasa da, görülən tədbirlər indiyədək ciddi nəticə verməyib. 2025-ci ildə Ekvadorda hər 100 min nəfərə 52 qətl hadisəsi düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]