“Əl-Cəzirə”: Fransa qoşunlarının Nigerdən çıxarılması oktyabrın 9-da başlayacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Fransa oktyabrın 9-da, bazar ertəsi günü Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdirilməsi üçün yer müəyyən edib. Qoşunlar Fransanın Saheldəki qüvvələrinin qərargahının yerləşdiyi qonşu Çada yerləşdiriləcək. “Əl-Cəzirə”nin məlumatına görə, Fransa silahlı qüvvələrinin komandanlığı məhdud kontingentin çıxarılması proseduru ilə bağlı üsyançılarla razılaşıb.
Oktyabrın 5-də AFP agentliyi Fransa silahlı qüvvələrinin baş qərargahına istinadən xəbər verib ki, fransız hərbçiləri bir həftə ərzində Nigeri tərk etməyə başlayacaq. RFI radiostansiyasının məlumatına görə, ilk olaraq Mali ilə sərhəd yaxınlığında Almahau antiterror əməliyyatında iştirak edən 400 hərbçi çıxarılacaq. Təxminən min nəfərlik kontingentin geri çəkilməsi üç ay çəkəcək.
Sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron səfirin və bir sıra diplomatların Niameydən geri çağırıldığını və üsyançılarla hərbi əməkdaşlıqdan imtina etdiyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]