“Əl Cəzirə” kanalında Bakıdakı Şəhidlər xiyabanından və BAMF-nin ofisindən süjet yayımlanıb
Bakı, 2 iyun, AZƏRTAC
Dünyanın məşhur telekanallarından olan “Əl Cəzirə” kanalında “Azərbaycanın paytaxtı Bakıda Şəhidlər xiyabanına və BAMF-nin ofisinə ziyarət” adlı süjetlər yayımlanıb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) məlumat verilib.
Bildirilib ki, “Bakıda yerləşən Şəhidlər xiyabanı 1990-cı ildə sovet ordusu tərəfindən qətlə yetirilən azərbaycanlıların və Qarabağ müharibəsində həlak olanların məzarlığı və abidəsidir”, - deyə lentə alınan kadrlarda qeyd olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisindən olan çəkilişdə isə fondun prezidenti Umud Mirzəyev 30 ilə yaxın bir müddət ərzində işğal altında olan ərazilərin müharibədən hansı səviyyədə təsirləndiyini və erməni vandalizminin nəticələrini diqqətə çatdırıb. O, BAMF-nin Qarabağ reallıqlarının dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.
Çəkilişlər kanalın müxbir-prodüseri Əhməd Həmdi və operator Rami Yəhya tərəfindən lentə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]