Əlcəzair XİN Fransanı təxribatda ittiham edib
Qahirə, 7 mart, AZƏRTAC
Fransanın Mərakeşlə birlikdə planlaşdırdığı hərbi təlimlər Əlcəzairə qarşı "təxribat xarakterli bir addım" kimi qiymətləndirilib.
AZƏRTAC Əlcəzair Xəbər Agentliyinə istinadla bildirir ki, bunu Əlcəzair Xarici İşlər Nazirliyinin (XİN) baş katibi Lunas Muqrin Fransa səfiri Stefan Romate ilə nazirlikdə keçirdiyi görüşdə diqqətə çatdırıb.
Fransa diplomatı ölkəsinin Mərakeşlə birlikdə sentyabr ayında Əlcəzair sərhədi yaxınlığındakı Raşidiyyə bölgəsində keçirməyi planlaşdırdığı hərbi təlimlərin təhlükəli olması barədə xəbərdar edilib. Vurğulanıb ki, bu fəaliyyət iki ölkə arasındakı hazırkı böhranı daha da dərinləşdirəcək.
Qeyd olunub ki, səfirdən Əlcəzairin bu mövqeyinin ölkəsinin rəhbərliyinə çatdırılması istənilib və Fransanın bu məsələyə aydınlıq gətirməsi tələb olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]