Elektrik avadanlıqları zavodu Azərbaycan Texniki Universitetində laboratoriya quracaq
Bakı, 18 iyun, AZƏRTAC
Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-nin Elektrik avadanlıqları zavodu Azərbaycan Texniki Universitetində (AzTU) laboratoriya quracaq.
Bu barədə AzTU nümayəndə heyətinin zavodunun direktoru və Həmkarlar İttifaqının sədri Qadir Əliyevlə görüşündə məlumat verilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin Energetika, elektrotexnika və avtomatika fakültəsi ilə zavodun gələcək əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib.
Qadir Əliyev koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən bəhs edib. Ölkəmizdə vətəndaşların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, o cümlədən postkoronavirus dövründə universitet-sənaye iş birliyinin inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, hazırda müəssisədə tələbələrin yeni ödənişli təcrübə proqramlarına cəlb olunması, ixtisaslı kadr hazırlığı və birgə elmi-tədqiqatların aparılması istiqamətində mexanizmlər hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]