SİYASƏT
ELMAR MƏMMƏDYAROV ABDULLAH GÜLLƏGÖRÜŞMÜŞDÜR
Söhbət zamanı iki qardaş ölkə arasında mövcud münasibətlər müzakirə olunmuşdur. Cənab Abdullah Gül Türkiyənin Avropa Birliyinə üzv olması üçün bu təşkilatla danışıqların başlanması və bunun səmərəli şəkildə aparılması üçün Türkiyə tərəfindən göstərilən səylər barədə məlumat vermişdir.
Elmar Məmmədyarov Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisinin ikinci fazasının tamamlandığını bildirmişdir. Türkiyənin xarici işlər naziri bu nailiyyəti yüksək qiymətləndirmiş və bu münasibətlə həmkarını təbrik etmişdir. Elmar Məmmədyarov noyabrın 6-da parlament seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi də müzakirə edilmişdir.