Elmar Məmmədyarov: ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrda regiona səfər edəcəklər VİDEO
Bakı, 29 sentyabr, Elvin Camalov, AZƏRTAC
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrda həm Azərbaycana, həm də Ermənistana səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Nyu-Yorka işgüzar səfəri zamanı həmsədrlərlə görüşüb. “Onlar görülən işlərin davam etdirilməsinin vacibliyini bildirib və təklif ediblər ki, regiona səfər etsinlər. Çox güman ki, bu səfər oktyabr ayının ikinci yarısında olacaq. Səfərin tarixi hazırda dəqiqləşdirilir”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov qeyd edib ki, ola bilər həmsədrlərin səfərindən sonra prezidentlərin görüşü və ya görüşlə bağlı hansı təkliflərin irəli sürüləcəyi müəyyənləşsin.
Nyu-Yorkdan əvvəl Moskvada olduğunu deyən nazir rusiyalı həmkarı Sergey Lavrovla da bu məsələni müzakirə etdiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]