Elnur Aslanov: “Xocalı soyqırımı əvvəlcədən planlaşdırılan qətliamdır”
Bakı, 23 fevral (AZƏRTAC). Xocalı soyqırımı Srebrenitsa və Ruanda faciələrindən əvvəl yaşanmışdır. Bu akt Ermənistan tərəfindən öncədən hazırlanmış məqsədli qətliamdır və bir daha təkrarlanmasın.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin “Zaman” qəzetinə Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir.
Elnur Aslanov faşistlərin İkinci Dünya müharibəsində mülki əhaliyə qarşı istifadə etdikləri psixoloji metodu ermənilərin Azərbaycan xalqı üzərində həyata keçirdiyini demişdir.
E.Aslanov Ermənistan prezidenti S.Sarkisyanın İngilis tədqiqatçısı Tomas De Waala verdiyi müsahibədə dediyi - “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmaması haqqında stereotipi qırdıq” sözlərini də buna sübut kimi diqqətə çatdırmışdır.
O, fevralın 26-da Türkiyədə yaşayan azərbaycanlıların və bu soyqırımı dünyaya çatdırmaq istəyən türklərin Taksim meydanında böyük bir aksiya keçirəcəyini də xatırlatmışdır: “Burada ən böyük məqsəd insanlığa qarşı yaşanan bu cinayəti bütün dünyaya xatırlatmaqdır. Biz istəyirik ki, Xocalı, Srebrenitsa və Ruanda faciələri bir daha yaşanmasın”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]