İDMAN
Elvin Məmişzadə: “İlk Avropa Oyunları olduğundan qızıl medal qazanaraq tarixə düşmək lazımdır”
Bakı, 22 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
Azərbaycanın daha bir boksçusu - Elvin Məmişzadə “Bakı-2015” ilk Avropa Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə əldə etdiyi növbəti qələbədən sonra keçirdiyi döyüşlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Döyüş çətin keçdi. Rəqibim fiziki cəhətdən çox güclü idi. Sonuncu raundda çox yoruldum. Buna baxmayaraq, mən qalib gəldim və yarımfinala keçdim. Çalışacağam ki, finalda da qələbə qazanaraq bayrağımızı yüksəldim. Bu, ilk Avropa Oyunları olduğundan qızıl medal qazanaraq tarixə düşmək lazımdır”.