Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elxan Cəfərov: Kino sadəcə yaradıcılıq sahəsi deyil, həm də iqtisadiyyatın bir hissəsidir

Elxan Cəfərov: Kino sadəcə yaradıcılıq sahəsi deyil, həm də iqtisadiyyatın bir hissəsidir

Məqsədimiz təkcə film çəkmək deyil, Azərbaycan kinosunu məzmun, forma və keyfiyyət baxımından yeni mərhələyə çıxarmaqdır

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması milli kinematoqrafiyamızın və yayım infrastrukturunun müasirləşdirilməsi üçün geniş imkanlar açıb. Bu sahədə son illər görülən işlər barədə Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov AZƏRTAC-ın suallarını cavablandırıb.

–Son illərdə Kino Agentliyinin fəaliyyəti nəticəsində kino sahəsində hansı əsas nəticələrə nail olunub?

– Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb. Onlardan 21-i tammetrajlı bədii, 15-i sənədli və bədii-sənədli, 26-sı qısametrajlı, 8-i animasiya, biri isə çoxseriyalı bədii filmdir. Bu günə qədər 41 film artıq tamamlanıb və təhvil verilib, 30 layihə isə istehsalatdadır. Ümumilikdə, kino istehsalına 21 milyon manatdan çox vəsait ayrılıb. Bu, Azərbaycan kinosu üçün kifayət qədər ciddi göstəricidir.

– Dövlət maliyyələşməsi sistemində hansı yeniliklər baş verib?

– Əvvəllər dövlət həm sifarişçi, həm də icraçı kimi çıxış edirdi. Yəni həm pulu ayırır, həm də özü çəkirdi. Amma son illərdə aparılan islahatlar bu modeli tam dəyişdi. İndi dövlət yalnız sifarişçi rolundadır, icraçılar isə şəffaf müsabiqə yolu ilə seçilən özəl studiyalardır. Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir. Filmlərin yaradıcılıq keyfiyyətini isə Bədii Şura qiymətləndirir. Bu, daha şəffaf və ədalətli bir sistemdir.

– Bu dəyişikliklər kino istehsalına necə təsir edib?

– Əvvəl cəmi 3–4 şirkət film çəkirdi, indi isə onlarla yeni studiya və müstəqil prodüser bu prosesə qoşulub. Bu, həm rəqabəti artırdı, həm də gənc rejissorların qarşısında yeni qapılar açdı.

Bu gün həm tanınmış, həm də gənc rejissorlar öz filmlərini çəkir, yeni adlar üzə çıxır. Ən gözəl tərəfi isə odur ki, bu layihələrin çoxunda “Azərbaycanfilm” kinostudiyasının bazasından aktiv istifadə edilir. Yəni milli kino ənənəmizlə müasir istehsal bir aradadır.

– Dövlət sifarişi ilə çəkilən filmlər arasında hansı layihələr daha çox fərqlənir?

– Ümumiyyətlə qeyd edim ki, film layihələrinə dəstək göstərilən zaman bizim üçün prioritet məsələ əsasən milli vətənpərvərlik ruhunun və milli yaddaşımızın qorunmasına xidmət edən, habelə Qarabağ və Vətən müharibəsi mövzularına həsr edilmiş filmlərin sayının artırılmasıdır. ARKA tərəfindən bu istiqamətdə son üç il ərzində 22 filmin istehsalına dəstək göstərilib. Onlardan 15-i tam təhvil verilib, 4-ü təhvil mərhələsindədir, 3 filmin isə təhvili 2026-ci ildə nəzərdə tutulur.

Dediyim kimi, tarixi mövzular da bizim üçün hər zaman ön plandadır. Çünki, kino təkcə sənaye deyil, həm də milli yaddaşın qorunması deməkdir. Bu baxımdan “Tağıyev” çoxseriyalı bədii filmi, “Molla Nəsrəddin: Çətin günlərimin dostu”, “Nargin”, “Atropatena”, “Azıx”, “Akinak. İşquz qılıncı”, “Cənnət yuxusu” kimi layihələri qeyd edə bilərəm. Bu filmlər həm mövzu, həm də texniki səviyyə baxımından beynəlxalq standartlara cavab verir və bir neçəsi artıq tamaşaçılara təqdim olunub.

Bundan əlavə 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin prioritet mövzuları məhz bu yanaşma əsasında müəyyən edilib.

– Kino Agentliyi film istehsalını necə stimullaşdırır?

– Hər il müxtəlif müsabiqələr təşkil olunur. Məsələn, bu il postprodakşn (yəni montaj və son işləmə mərhələsi) müsabiqəsinin qalibləri artıq filmlərini təhvil verir. Dövlət dəstəyi müsabiqəsinin 17 qalibi istehsalata hazırlaşır. 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə müraciətlərin qəbulu da artıq başa çatıb. Fürsətdən istifadə edərək bütün iştirakçılara uğurlar arzu edirəm.

Bu sistemli yanaşma həm kəmiyyət, həm də keyfiyyət baxımından sabit inkişafı təmin edir. Əgər bu templə getsək, çox qısa zamanda istədiyimiz nəticələrə çatacağıq.

– Kino istehsalı məşğulluğa da təsir göstəribmi?

– Əlbəttə. Son illərdə yüzlərlə yeni iş yeri açılıb. Kino sadəcə yaradıcılıq sahəsi deyil, həm də iqtisadiyyatın bir hissəsidir. Film istehsalı bir tərəfdən mədəniyyət, digər tərəfdən iqtisadi dəyər yaradır. Üstəlik, bu, ideoloji və insan kapitalı baxımından da çox önəmlidir. Onu da qeyd edim ki, xarici istehsalçıların ölkə ərazisində çəkilişlərinin aktivliyi ildən-ilə artır. Bunun əsas səbəblərindən biri də ölkə başçısı tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin yaradılması ilə bağlıdır. Bildiyiniz kimi, bununla bağlı olaraq Nazirlər Kabineti tərəfindən artıq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.

– Hazırda kino sahəsinin qarşısında duran əsas məqsədlər nələrdir?

– Kino sənayesi çoxşaxəli bir sahədir. Burada həm milli mədəniyyətin qorunması, həm də iqtisadi inkişaf bir-birini tamamlayır. Azərbaycan Prezidentinin müəyyən etdiyi kino strategiyası çərçivəsində Kino Agentliyi bu istiqamətdə ardıcıl işləyir və artıq real nəticələr də var. Bu il üçün dövlət sifarişinin prioritet mövzuları Qarabağ Zəfəri və Böyük Qayıdış, mədəni irsimizin bərpası, müasir Azərbaycan şəxsiyyətləri, milli dəyərlər, ailə institutunun qorunması və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsidir. Qısası, indi danışmaq yox, işləmək vaxtıdır. Məqsədimiz təkcə film çəkmək deyil, Azərbaycan kinosunu həm məzmun, həm forma, həm də keyfiyyət baxımından yeni mərhələyə çıxarmaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub