Emal sənayesində 1,3 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 25 fevral, AZƏRTAC
Emal sənayesində 2023-cü ilin yanvar ayında 1 milyard 328,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə içki istehsalında 24,1 faiz artım, qida məhsullarının istehsalında 0,1 faiz, tütün məmulatlarının istehsalında isə 4,2 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından duz istehsalı 54,8 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı 8,6 faiz artıb, duru bitki yağlarının istehsalı isə 46,3 faiz, şəkərin istehsalı 65,7 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]