Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasından 105 il ötür

Bakı, 26 dekabr, AZƏRTAC

Bu gün, dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasından 105 il keçir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan qurum bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin güclü sosial siyasətinin formalaşması və ildən-ilə təkmilləşməsini təmin etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin də canlanmasına, nazirik tərəfindən fəaliyyət istiqamətləri üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə imkan yaradıb. Ulu Öndərin təşəbbüsü və tapşırığı ilə ölkədə sosial müdafiə sistemi ildən-ilə gücləndirilərək həssas qrupların rifahında mühüm rola, mühüm sosial proqramların icrasına başlanılıb, məşğulluq imkanlarının artırılması, əmək bazarında müsbət trendlər davamlı xarakter alıb.

Ötən 20 ildə Ümummilli Lider Heydər Əliyevin uğurlu sosial siyasəti Prezident İlham Əliyev tərəfindən sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilib. İqtisadi və hərbi gücünü daim artıran, Cənubi Qafqazın ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda, sosial dövlət olaraq vətəndaş rifahının təminatı istiqamətində mühüm uğurlara nail olub. İllik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox artıb.

Xüsusilə son beş ildə dövlət başçısının uğurlu sosial siyasətinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində ardıcıl və genişmiqyaslı islahatlar reallaşdırılıb, 4 sosial islahat paketi həyata keçirilib. Nəticədə həmin dövrdə minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manatdan 437 manata, yaşa görə orta aylıq pensiya 2 dəfə artaraq 234 manatdan 467 manata, orta aylıq əməkhaqqı 70 faiz artaraq 545 manatdan 920 manata çatıb. Median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artım əldə edilib. 10 yeni sosial ödəniş növü təsis edilərək nazirlik tərəfindən sosial təminatı həyata keçirilən vətəndaşların əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib, qanunvericiliyə bir çox əlavə və dəyişikliklər edilməklə pensiya təminatına əlçatanlığın daha da artırılması, pensiya sistemində humanist yanaşmaların tətbiqi sahəsində mühüm addımlar atılıb.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında nazirliyin tabeliyində DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında 7 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, ölkəmizin yeni brendinə çevrilən və beynəlxalq səviyyədə 20-dən çox xüsusi mükafat və sertifikatla təltif olunan, 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunduğu DOST mərkəzlərində ötən dövrdə 2 milyonadək vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,1 faizdir. DOST Konsepsiyasının əhatə dairəsi daha da genişləndirilərək 2021-ci ilin oktyabr ayında kimi əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, bu ilin noyabr ayında həmin Mərkəzin İsmayıllı rayonunda “DOST EVİ” filialı açılıb.

Nazirliyin fəaliyyətində mühüm uğurlardan biri kimi, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son beş ildə sosial xidmətlərin geniş elektronlaşdırılması proqramı icra olunub: qurumun 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən çox proaktiv xidmət yaradılıb. Ölkənin sosial reyestri olan, vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət etmək, 31 növ elektron arayışı rəqəmsal platforma vasitəsilə almaq imkanı verən e-sosial.az portalı, ölkə üzrə əmək münasibətlərinin vahid e-sistemdə cəmləşməsini, əmək müqavilələrinin e-qaydada bağlanması imkanını, əmək münasibətləri üzrə rəqəmsal kadr uçotuna keçidi təmin edən "Əmək və Məşğulluq" altsistemi və s. istifadəyə verilib.

Nazirliyin son illər həmin sosial islahat tədbirləri, o cümlədən DOST Konsepsiyası, sosial müdafiə sistemində innovativ həllərin tətbiqi, sosial xidmətlərin rəqəmsal müstəvidə qurulması beynəlxalq səviyyədə də yüksək qiymət alaraq dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilib və təkcə son iki ildə 44 beynəlxalq mükafat və sertifikatla təltif edilib.

2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketinin icrası nazirliyin başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilib. Ötən dövrdə 126 min şəxsə həmin paket çərçivəsində dəstəkyönümlü 322 min xidmət göstərilib. Onlardan 104 min nəfərə 117 min sosial ödəniş təyin olunub, 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 453 hərbçi 472 yüksək texnologiyalı son nəsil protezlə, müharibə ilə əlaqədar əlilliyi olan 2058 şəxs 48 min reabilitasiya vasitəsi ilə, 21,9 min şəxs birdəfəlik ödəmə ilə təmin olunub. 20,5 min nəfərin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.

İkinci Qarabağ müharibəsindən sonra həmin sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 5800, ümumilikdə ötən dövrdə 14 600 mənzil və fərdi ev verilib. Həmçinin postmüharibə dövründə 424, ümumilikdə ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Ölkə Prezidentinin tapşırıqlarına əsasən nazirlik eyni zamanda son illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin, habelə həmin dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramını icra edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1 milyondan çox şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub, özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 15 dəfəyədək artırılıb və həmin dövrdə 80 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.

Məşğulluğun artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayının da son 5 ildə 38 faiz və ya 460 mindən çox artaraq 1,8 milyona çatmasına imkan verib.

Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi prioritetinə uyğun olaraq son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi açılıb. Beləliklə, reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayı dəfələrlə artıb. Bu ilin 11 ayında da 78,9 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib, 9,7 min şəxsə 80,8 min reabilitasiya vasitəsi verilib. Yaxın vaxtlarda Şəmkir rayonunda da nazirliyin Uşaq Reabilitasiya Mərkəzi açılacaq, habelə Quba, Ağcabədi, Kəlbəcər, Şamaxı rayonlarında da yeni reabilitasiya mərkəzlərinin açılması nəzərdə tutulub.

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həmin ərazilərə qayıdan sakinlərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunması nazirliyin başlıca fəaliyyət istiqamətlərindən biridir. Həmin ərazilərə qayıdan sakinlərlə görüşlər keçirilərək onların məşğulluq imkanları qiymətləndirilir və məşğulluqlarının təmin olunması üçün müvafiq ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq şəraitində dəstək tədbirləri həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı üzrə nazirlik tərəfindən 2023-2026-cı illərdə Cəbrayıl rayonunda Regional DOST Mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filiallarının, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub.

Məlumatda bildirilir ki, dövlət başçısının vətəndaş rifahı və məmnunluğunun təminatına hədəflənən sosial islahatlar proqramının uğurlu icrası qarşıdakı dövrdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək səviyyədə həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir