Əməkdar artist Şəhriyar İmanov #senetinledestekle çağırışına dəstək verəcək
Bakı, 13 aprel, AZƏRTAC
Ölkəmizi onun hüdudlarından kənarda virtuoz ifası ilə layiqincə təmsil edən, tarın sarı simi ilə qəlbləri riqqətə gətirən Əməkdar artist Şəhriyar İmanov bu dəfə izləyiciləri #senetinledestekle layihəsində evdən salamlayacaq.
AZƏRTAC xəbər verir ki, istedadlı tarzən geniş diapazona malik milli musiqi alətlərimizin imkanlarını sübut edərək, dünya musiqisinin 7 notun sehrinə köklənərək insanların duyğularını ifadə etməsindən, ifaçılıq təcrübəsindən söz açacaq, izləyicilərin suallarını cavablandıracaq.
Şəhriyar İmanovun musiqi dünyası ilə tanış olmaq istəyənlər aprelin 14-də saat 18.00-da Baş İdarənin @bakimedeniyyetidaresi və sevimli tarzənin @shahriyarimanov “Instagram” hesablarından canlı konsertə baxa bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]