Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əməl Sinan: Bakı öz ruhu, insanları ilə uşaqlığımın gözəl xatirələrinə bağlı şəhərdir

Bakı, 15 dekabr, Ş.Əliyev, A.Suvar, AZƏRTAC

Əməl Sinan 1966-cı ildə Bakıda, o vaxt Azərbaycanda çoxlarının tanıdığı kərküklü diktor Sinan Səidin ailəsində dünyaya göz açıb. İraqın həm ilk qadın manekeni, həm də ilk televiziya, kino aktrisası olan Əməl Sinan ötən əsrin səksəninci illərinin məşhur "Nadiya" teleserialında baş rolu məharətlə oynayaraq ən yaxşı aktrisa mükafatını alıb. Sonralar İraqda çox sevilən "Altı böl altı" (6/6) kinokomediyasında baş rola çəkilib. Bir neçə teatr tamaşasında da rol alan aktrisa atasının vəfatından sonra İraqı tərk edib.

Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin ərəb dilində verilişlər şöbəsində 12 il çalışan Sinan Səid o zaman mərhum müğənnimiz Nərminə Məmmədova ilə ifa etdiyi bir neçə gözəl duetlə musiqisevərlərin yaddaşına həkk olub. "Evlərinin önü yonca", “Ninne yarım”, “Altun üzük”, “Axşam olur", "Sevdi yar" adlı kərkük mahnılarından ibarət bu duetlər Azərbaycan dinləyiciləri üçün tamamilə yeni ifa tərzi idi.

Sinan Səid Bakını tərk edəndə Əməlin dörd yaşı vardı. Ərəb, ingilis, rus, türk dillərini yaxşı bilən Əməl Sinan Azərbaycan dilini də unutmayıb. O, AZƏRTAC-a eksklüziv müsahibəsində Bakını belə xatırlayıb:

- Bakını dörd yaşımda tərk etsəm də, hər il yay tətilində bura gələrdim. Azərbaycanla bağlı çoxlu uşaqlıq xatirələrim var. Bakı yaddaşımda sakit, maraqlı şəhər kimi qalıb. Üzməyi Xəzər dənizində öyrənmişəm. Rəhmətlik nənəmgilin yaşadığı binanın həyətindəki karusel, əyləncə yeri də yaxşı yadımdadır. Xırdavat, ərzaq satanların uca səslə qışqırıb məhəllə sakinlərini başına yığması, yerdə əyləşib qovurulmuş isti günəbaxan tumu satan qadınlar xatirələrimi canlandırır. Bulvarı, çox xoşladığım gilaslı kokteyl satılan köşkləri necə unutmaq olar? Uşaqlar üçün sirk meydançasında göstərilən tamaşalar, klounlar yaddaşıma əbədi hopub.

Bakıya hər il yayda etdiyimiz bu səfərlər 1981-ci ildə İraq - İran müharibəsinin başlanması səbəbindən dayandı. Bu qadağa 1987-ci ilədək davam etdi. Yalnız həmin ilin yayında iraqlılarla ailə qurmuş əcnəbi xanımlara öz uşaqları ilə xaricə səfər etməyə icazə verildi. Yeddi illik fasilədən sonra Bakıya yenidən gəldim. Burada çox şeyin dəyişdiyini gördüm. İnsanların həyat tərzi də dəyişilmişdi. Kokteyl satılan köşklər daha işləmirdi. Hətta doğulduğum ev, onun forması da dəyişmişdi. O vaxtdan bəri Bakıya gəlməmişəm. Lakin orada baş verən inkişafdan, yeni tikintilərdən, dəyişikliklərdən xəbərdaram. Bu, digər ölkələrdə, müasir dünyamızda gedən prosesdir. İndi şəhərlər bir-birinə bənzəməyə başlayıb, onları memarlıq baxımından bir-birindən fərqləndirən cəhətlər demək olar ki, yoxdur. Bu dəyişikliklər bəzilərini sevindirsə də, əslində məni darıxdırır, hətta kədərləndirir. Bakı öz ruhu, insanları və sadəliyi ilə mənim üçün uşaqlıq illərimin gözəl xatirələri deməkdir.

Bakını tərk etsək də, bu şəhərlə əlaqələrimiz heç vaxt kəsilməyib. Valideynlərimin orada təhsil aldıqları və işlədikləri illərdə qazandıqları çoxsaylı tanışlar bizi Bakı ilə tez-tez əlaqə saxlamağa vadar edib.

-Bakıda ən çox kimlərlə görüşərdiniz?

-Abbas Zamanovu yaxşı xatirlayıram. Bakıya hər dəfə gələndə ona baş çəkərdik. Bizi mürəbbəli çaya, şokolada qonaq edərdi və buna çox sevinərdim. Qara kürünü çox sevdiyimi bildiyinə görə hər dəfə Bakıya gələndə mənə bir qutu qara kürü bağışlayardı. Bəxtiyar Vahabzadənin, Fikrət Əmirovun yaşadıqları evə tez-tez gedərdik. Hətta Fikrət Əmirov Bağdadda bizim evdə qonaq olanda mənə əsərlərinin notlarını hədiyyə etmişdi. Onları indiyədək qoruyub saxlayıram. Tələbələrimə dərs keçərkən onlardan istifadə edirəm və bu əsərlərin müəllifinin azərbaycanlı olduğunu deməyi özümə borc bilirəm. Bir dəfə Bağdadda olarkən Fikrət Əmirov təzə pul kisəsi aldı. Anama dedi ki, köhnəsini atsın. Amma anam onu atmadı və yadigar olaraq saxladı. Onun imzasını daşıyan bu pul kisəsini nə vaxtsa Bakıda Fikrət Əmirovun xatirə muzeyinə təqdim edə bilsək anam da mən də özümüzü xoşbəxt sanarıq.

- Atanız kərküklü, ananız isə əslən azərbaycanlıdır. Onların tanışlığı necə olub?

- Anam Raidə Bağırova Bakıda universitetdə ərəb dilini öyrənsə də, Azərbaycan radiosunun fars dili şöbəsində diktor işləyib. Atam da eyni radioda, ərəb dili şöbəsində tərcüməçi və diktor kimi çalışıb. Hər iki şöbə səsyazma studiyasından növbə ilə istifadə edirmiş. Anam elə bilirmiş ki, Sinan Səid iraqlı ərəbdir. Onlar ilk dəfə ingilis dilində danışarkən yaxınlıqdan keçən radio işçilərindən biri atamla Azərbaycan dilində salamlaşır, atam da ona bu dildə cavab verir. Anam bu “ərəb”in Azərbaycan dilini mükəmməl bildiyinə təəccüblənir. Bu tanışlıqdan sonra valideynlərimin fikirləri ciddiləşir və sonda ömür boyu davam edən evliliklə bitir.

- Azərbaycan, İraq, Türkiyə, indi də Almaniya... Bu uzun yolçuluğun səbəbi nədədir?

- Alın yazısı.

- Siz aktrisa və pianoçu kimi yaxın, uzaq məmləkətlərdə tanınırsınız. Doğma Bakıda konsert vermək, yaxud filmə çəkilmək istərdinizmi?

- Mən yalnız İraqda aktrisa kimi tanınıram. Həmçinin piano ifaçısı deyiləm, piano ifaçılığından dərs deyirəm. Yəni tədrislə kifayətlənirəm. Azərbaycanda hər hansı filmə çəkilməklə bağlı suala gəlincə, deyə bilərəm ki, bu barədə fikirləşməmişəm.

- Gələcək planlarınız?

- Nə qədər ki, sağam, planlarım bitməz-tükənməzdir. Lakin əslinə qalanda alın yazısı qarşısında planların heç bir əhəmiyyəti yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir