Emiliya Mirzəli: Festival çərçivəsində keçirilən müsabiqədə mükafatçılar sırasına düşəcəyimizə inanmırdıq
Bakı, 30 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqəyə qatılanda mükafatçılar sırasında olacağımıza çox ümidimiz yox idi. Həm ilk dəfə idi iştirak edirdik, həm də rəqiblərimiz güclü idi. İkinci yeri tutmaq bizim üçün çox böyük uğurdur. Ölkəmizdə ilk dəfə keçirilən festivalın mükafatçıları sırasında olmaqdan qürur duyuruq.
Bunu AZƏRTAC-a müsahibəsində "PLANER" müsabiqəsində B kateqoriyası üzrə ikinci yeri tutan “AzeRobot Sky” komandasının kapitanı Emiliya Mirzəli deyib.
"Komandamızda həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Milli Aviasiya Akademiyasının tələbələri var. Kurslarda tanış olmuşduq. Sonradan isə müsabiqədə özümüzü sınamağa qərar verdik. Bizə verilən modulu yığdıq və tam avtonom bir pilotsuz təyyarə düzəltdik. Hazırladığımız təyyarə ideal bir uçuş yerinə yetirdiyinə görə ikinci yeri tutduq. Birinci yerdən sadəcə hesabat nəticələrinə görə geri qaldıq", - deyə E.Mirzəli bildirib.
O, festivalın davamlı olaraq ölkəmizdə keçirilməsini arzuladığını da qeyd edib.