Əmlak Məsələləri Dövlət Xidməti: Hərracda 9 nəqliyyat vasitəsi satılıb
Bakı, 21 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərracda 9 nəqliyyat vasitəsi satılıb. Özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36iFgs linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd olunub ki, noyabrın 28-də keçiriləcək növbəti nəqliyyat hərracına 33 avtomobil çıxarılacaq.
Hərraclarda iştirak etmək istəyənlər xidmətin rəsmi saytından (emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.