ƏMTƏƏ DÖVRİYYƏSİ VƏ PULLU XİDMƏTİN HƏCMİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında ticarət şəbəkələrindən əhaliyə 20,7 trilyon manatlıq və yaxud 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox istehlak malları satılmışdır. Malların 35 faizi yarmarkalarda, 11,5 faizi kənd təsərrüfatı məhsulları bazarlarında, 19,3 faizi hüquqi şəxslər, 34,2 faizi digər yerlərdə ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əmtəə dövriyyəsinin 13,7 trilyon manatını ərzaq, 7 trilyon manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2004-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 9,9 və 19,2 faiz çoxalmışdır.
Əhaliyə 4,3 trilyon manatlıq və ya 2004-cü ilin yanvar-noyabr aylarındakından 24,4 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin üçdə iki hissəsindən çoxu (72,4 faizi) hüquqi şəxslərin payına düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:12]
® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]