ƏNDİCAN HADİSƏLƏRİNDƏ İTTİHAM OLUNAN İLK 15 NƏFƏRİN MƏHKƏMƏSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistan Ali Məhkəməsində Əndican hadisələrində ittiham edilən ilk 15 nəfərin sentyabrın 20-dən bəri davam edən məhkəmə prosesi başa çatmışdır. Onlar Cinayət Məcəlləsinin terrorizm, girovgötürmə, adamöldürmə, dövlət çevrilişinə cəhd və başqa maddələri ilə təqsirli bilinmiş, 15 ildən 20 ilədək azadlıqdan məhrum edilmişlər. Müttəhimlərin 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bundan sonra Əndican hadisələrində təqsirli bilinən daha 106 nəfərin məhkəməsi də keçiriləcəkdir.
Xatırladaq ki, Əndican hadisələrində 187 adam həlak olmuşdur. Onlardan 60 nəfəri günahsız adamlardır. Özbəkistanın hüquq müdafiəçiləri və bir sıra beynəlxalq təşkilatlar isə iddia edir ki, bu hadisələrdə ölənlərin sayı 800-dən artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]