İQTİSADİYYAT
Energetika naziri “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək
![Energetika naziri “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək](/files/2023/3/1200x630/16975284245974212539_1200x630.jpg)
Bakı, 17 oktyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının (ÇXR) Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir oktyabrın 18-də Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.
Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.