ENERGETİKLƏRİMİZ MDB ÜZRƏ PEŞƏ YARIŞININ MÜKAFATÇISI OLMUŞLAR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, energetiklərdən ibarət yığma komandamız Belarusun Brest şəhərində 220 kilovolt və daha artıq yüksək gərginlikli elektrik ötürücü xətlərində xidmət göstərən operativ təmir briqadaları arasında keçirilən peşə yarışının mükafatçısı olmuşdur.
MDB Elektroenergetika Şurası İcraiyyə Komitəsinin təşkil etdiyi yarışda birliyin 9 ölkəsinin nümayəndələri öz məharətlərini göstərmişlər.
7 energetikdən ibarət komandamız bütün səviyyələrində yüksək peşəkarlıq göstərərək, Belarus və Ukrayna komandalarından sonra üçüncü yerə çıxmışdır.