ENERJİ HASİLATI ARTMIŞDIR
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında ilin ilk ayında 1 milyard 193 milyon kilovat-saat enerji hasil olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon kilovat-saat çoxdur.
AZƏRTAC-ın müxbirinə məlumat verilmişdir ki, qış mövsümü başlanandan stansiyada qəza, cədvəldən kənar açılma halları olmamışdır. Bloklar normal vəziyyətdədir.