Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Beynəlxalq Hüquq Forumunda çıxış edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Beynəlxalq Hüquq Forumunda çıxış edib

Bakı, 15 sentyabr, AZƏRTAC

Moskva şəhərində “Avropa və Asiyada hüquq və iqtisadiyyatın aktual problemləri” V Beynəlxalq Hüquq Forumu öz işinə başlayıb.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Hüquqşünas və İqtisadçıların Beynəlxalq Alyansı (Fransa) və Rusiya Federasiyasının O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliyi və rəqəmsallaşma kontekstində hüquq, iqtisadiyyat və beynəlxalq humanitar əməkdaşlığın inkişafı” mövzusunda hibrid formatda keçirilən tədbirdə Azərbaycan, Almaniya, Böyük Britaniya, Çin, Hindistan, Fransa, İsveçrə, İtaliya, Polşa, Rusiya və Slovakiyanı təmsil edən 300 nəfərdən çox nümayəndə iştirak edir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Forumun “Qlobal iqtisadi və sosial dəyişikliklər dövründə Avrasiyada əqli mülkiyyətin hüquqi tənzimlənməsinin yeni istiqamətləri” adlı panel müzakirələrinə onlayn rejimdə qoşularaq “Müasir şəraitdə əqli mülkiyyət hüququnun təkamülü və əqli mülkiyyət ofislərinin vəzifələri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Konseptual problemlərə toxunan K.İmanov əqli mülkiyyətin (ƏM) müasir anlayışının və bu institutun fəaliyyətinin onun ənənəvi qavrayışından əhəmiyyətli dərəcədə fərqli kontekstdə baş verdiyini, bunun cəmiyyətdəki mövcud ƏM landşaftına köklü təsir edən və getdikcə bu təsiri artıran əhəmiyyətli texnoloji dəyişikliklərdən irəli gəldiyini bildirib. Qeyd edilib ki, müasir “ƏM” kateqoriyası öz tərifində yalnız fiziki və ya hüquqi şəxsin əqli fəaliyyət nəticələrinə (ƏFN) müstəsna hüquqlarını deyil, ilk növbədə, qorunma hüquqlarına malik ƏFN-in özünü nəzərdə tutur. Bazarda tələb və təklif obyektləri kimi hüquqlar deyil, hüquqlara malik ƏFN çıxış edir. Bu obyektlər üzrə əməliyyatlarda bu hüquqların verilməsinin həcmi və şərtləri nəzərə alınır. Bu, ƏM institutunun sinergetikasının sistemli anlayışıdır.

Patent hüququ ilə müəlliflik hüququnun qarşılıqlı əlaqəsinə toxunan K.İmanov çıxışında patent qanunvericiliyinin əsaslı modernləşdirilməsi və patentin alınması üçün iddia sənədlərinin dərcində müəllif hüquqlarının pozulmasına səbəb olan pozuntuların aradan qaldırılması ilə bağlı məsələləri xüsusi olaraq vurğulayıb.

K.İmanov Azərbaycan Prezidenti ilə Dünya İqtisadi Forumunun Prezidenti arasında 2020-ci ilin yanvarında imzalanmış Niyyət Protokolu və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli, 1245 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradılmasını qeyd edərək Agentliyin nümayəndəsinin də Mərkəzin Direktorlar Şurasının üzvü olduğunu diqqətə çatdırıb. O, daxili texnologiyaların inkişafının stimullaşdırılması, ixtira fəallığının artırılması, o cümlədən texnologiyaların transferi mexanizmlərinin formalaşdırılmasına dəstək məqsədilə Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradıldığını bildirib.

K.İmanovun çıxışı forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə keçirilən panel müzakirəsində Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin İqtisadi əməkdaşlıq departamentinin elmi-texniki əməkdaşlıq və innovasiya şöbəsinin müdiri Timur Mansurov, Rusiya və Avrasiya patent müvəkkili Yuriy Kuznetsov və Rusiya İqtisadi İnkişaf Nazirliyinin Avrasiya inteqrasiyası departamentinin direktoru Aleksey Dobkin çıxış ediblər.

Q.İvliyev Əqli Mülkiyyət Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılmasının təqdirəlayiq hal olduğunu qeyd edərək, əqli mülkiyyətin iqtisadiyyatda rolu ilə bağlı Avrasiya Patent Təşkilatının Agentliklə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

V Beynəlxalq Hüquq Forumu sentyabrın 16-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MİDA: Mənzillərin xeyli hissəsi vətəndaşlar tərəfindən seçilib

NBA klubuna ağır cəza verilib

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlanılıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb