“Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib
Bakı, 24 yanvar, AZƏRTAC
"Şuşa İli" ilə əlaqədar Şuşanın tarixi və mədəniyyətini özündə ehtiva edən kitablar nəşr olunub. Azərbaycanda yeni media məhsulu hesab edilən lonqrid hazırlanıb, “Google Maps” və “Yandex Maps” platformalarına Şuşada 119, ümumilikdə isə 171 toponim əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Şuşa İli"nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.
“Bununla yanaşı, Agentlik “Şuşa İli” çərçivəsində müxtəlif xarakterli beynəlxalq tədbirlər, forumlar təşkil edib. “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu, həmçinin 1000-ə yaxın QHT nümayəndəsinin və blogerin Şuşaya səfəri təşkil olunub. “Şuşa İli” ilə əlaqədar müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib", - deyə Agentliyinin icraçı direktoru vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]
Ötən gün 73 cinayətin açılması təmin olunub
- 14.10.2026 [10:03]
Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək
- 14.10.2026 [09:57]