Ərdoğan: NATO, BRİKS və Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır
Bakı, 30 avqust, AZƏRTAC
NATO, BRİKS və Türk Dövlətləri Təşkilatının hazırkı geosiyasi şəraitdə beynəlxalq çəkisi artır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Hərbi Akademiyada çıxışı zamanı deyib.
"Beynəlxalq siyasətdə yeni kartlar müzakirə edildikdə, əməkdaşlıq üçün yeni variantların axtarışı ön plana çıxır. NATO, BRİKS, Türk Dövlətləri Təşkilatı kimi birliklər çoxtərəfli əməkdaşlıq platforması kimi beynəlxalq siyasətdə çəkisini artırır. Dünyada pandemiya ilə başlayan və Ukraynada baş verən münaqişə ilə kəskinləşən böhran qlobal miqyasda iqtisadiyyata və siyasətə mənfi təsir göstərir. Bütün ölkələr, o cümlədən inkişaf etmiş ölkələr son 60-70 ildə ən yüksək inflyasiya templəri ilə üzləşiblər.
Türkiyə lideri təhlükəsizlik riskləri fonunda müdafiə sənayesinə xərclərin hər yerdə artdığını da vurğulayıb: "Hər kəs müasir, nizam-intizamlı və çəkindirici ordunun olmasının nə qədər vacib olduğunu anlayır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]