Ərəbdilli KİV-də Ermənistanın sərhəddə təxribatları barədə xəbərlər dərc olunub
Qahirə, 25 iyul, AZƏRTAC
Ərəbdilli KİV Ermənistanın Azərbaycanla sərhəddə son hərbi təxribatları barədə xəbərlər dərc olunub.
Səudiyyə Ərəbistanının “Əş-Şərq Əl-Ausat” qəzetində və Misirin “Əl Masr əl Yom” nəşrində AZƏRTAC-ın xəbərlərinə istinadla dərc edilmiş xəbərlərdə həmin təxribatlar barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları yer alıb. Hər iki mətbuat orqanının yazılarında bildirilib ki, Ermənistan silahlı qüvvləri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Ərəbdilli KİV Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin digər istiqamətlərində təxribatlar törətdiyi də diqqətə çatdırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]