SİYASƏT
Erməni faşizmi davam edir - Arayatlı kəndində evlərə ciddi ziyan dəyib FOTO VİDEO
Füzuli, 1 oktyabr, Aydın Yavər, AZƏRTAC
Erməni təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəfə alan düşmən Füzulinin Arayatlı kəndini də artilleriya atəşinə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, atılan mərmilər nəticəsində bir neçə evə ziyan dəyib.
Kənd sakini Vüqar Xudiyev bildirib ki, düşmən tərəfindən atılan mərmi həyətinə düşüb. Evin damı, divarları, həmçinin həyətdə olan traktor, su boruları yararsız vəziyyətə düşüb.
Həmçinin erməni faşistləri Füzulidə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsini də hədəfə alıb. Türbəyə ciddi ziyan dəyib. Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.