Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.
Bu barədə AZƏRTAC-a NİİM-dən bildirilib.
Qeyd olunub ki, yaxınlıqdakı ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə “L” və “A” tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli işıqforlar istifadəyə verilib.
Mərkəz tərəfindən piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq piyada keçidlərinin işıqforlarla nizamlanması istiqamətində işlər davam etdirilir.