Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Erməni soyqırımı” industriyası siyasi müstəvidə

Dünya erməniləri və onların təəssübkeşləri tərəfindən “yüz illiyi” qeyd olunan qondarma “erməni soyqırımı” üç müstəvidə nəzərdən keçirilə bilər: tarixi, hüquqi və siyasi. Maraqlıdır ki, “erməni soyqırımı” industriyası tarixi müstəvidə təkzibedilməz faktlar və sənədlərlə qarşı-qarşıya gələrək iflasa uğrayırsa, yaxud hüquqi müstəvidə layiq olduğu qiyməti alırsa, siyasi müstəvidə onun bəzi nailiyyətlər əldə etməsi müşahidə olunur. Söhbət bəzi Qərb ölkələrinin erməni iddialarını siyasi səbəblərdən dəstəkləməsindən gedir.

Niyə erməni mifi məhz siyasi müstəvidə dəstəklənir?

Tarix və hüquqdan fərqli olaraq siyasət daha amorf xarakter daşımaqla müəyyən fəaliyyət azadlığını nəzərdə tutur. Səciyyəvi cəhəti budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır.

Müasir dövrdə isə siyasət idarəetmədən daha çox elitaların və psevdoelitaların mürəkkəb iyerarxiyası ilə manipulyasiyalara bənzəyir ki, bu da dəyişkən təbii amillərin və cəmiyyət subyektlərinin əməllərinin, o cümlədən qeyri-adekvat əməllərin təsiri şəraitində müxtəlif səviyyəli və çoxprofilli siqnalların (stimulların) çoxamilli refleksiyasına tabe etdirilmişdir.

Qeyd olunanlardan belə bir qənaətə gəlmək olar ki, siyasət öz spesifikasından irəli gələrək qondarma “erməni soyqırımı” kimi tarixi faktlara və hüquqi-normativ aktlara zidd etno-mifoloji iddiaları dəstəkləyə bilər. Lakin müəyyən həddə qədər, yəni, öz sərhədləri daxilində. Məsələ daha da kəskinləşərək hüquqi müstəviyə keçdikdə isə baxış bucağı dəyişir, populist və emosional xarakterli əsassız deklarasiyalar beynəlxalq hüquq normalarından və ölkə konstitusiyasından irəli gələn qərarlarla təkzib olunaraq öz əhəmiyyətini itirir.

Müasir Qərb cəmiyyətində, xüsusilə də siyasi elitasında dövlət idarəetmə orqanlarının müstəqilliyi demokratiyanın əsas atributlarından hesab olunur. Bu bir tərəfdən də siyasətçilərə müəyyən məsələlərdə manevr üçün lazım olan imkanı yaradır. Məsələn, erməni əsilli ölkə vətəndaşlarının səslərini qazanmaq üçün “erməni soyqırımı” mifini dəstəkləyən qanun layihələri irəli sürülür. Bu layihələr ya parlament səviyyəsində, yaxud da Fransada olduğu kimi, konstitusiya məhkəməsində hüquqi qiymət alaraq iflasa uğrayır. Nəticədə, siyasətçilər lazım olan dəstəyi alırlar, layihənin uğursuzluğu ölkədə idarəetmə strukturlarının müstəqilliyi ilə izah olunur və yeni vədlər verilir. Türkiyə ilə gərginləşmiş münasibətlər öz sabit axarına qayıdır. Ermənistan hökuməti isə öz təbliğat maşınını işə salaraq bu hadisələrin əhəmiyyətini şişirtməklə, əhalinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır.

Son illərdə “erməni soyqırımı” industriyasının ən ciddi uğursuzluqları erməni diasporunun daha aktiv fəaliyyət göstərdiyi Mərkəzi Avropa ölkələrində problemə obyektiv hüquqi qiymət verilməsi ilə şərtlənir. Doğu Perinçekin İsveçrədəki konfransda qondarma “erməni soyqırımı”nı “imperialist yalan” adlandırmasından sonra “İsveçrə-Ermənistan” assosiasiyası onu məhkəməyə vermişdi. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi diskriminasiyada günahkar bilmişdi. Lakin o öz növbəsində, çıxarılmış məhkəmə qərarı haqqında Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmiş və İsveçrəni söz azadlığını pozmaqda günahlandırmışdı. 2013-cü il dekabrın 17-də AİHM onun şikayətini təmin etmişdi. 2014-cü ildə isə İsveçrə hökuməti bu qərarla əlaqədar apelyasiya vermişdi. 2015-ci il yanvarın 28-də keçirilən məhkəmə prosesi İsveçrədə qəbul olunmuş “erməni soyqırımı”nın inkar edilməsinin cinayət məsuliyyəti doğurması haqqındakı qərarın absurdluğunu nümayiş etdirdi. Son qərarın aprelin sonlarında veriləcəyinə baxmayaraq, məhkəmə prosesinin gedişi göstərdi ki, birincisi, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət məsuliyyəti hesab edilməsi insan haqları və azadlığının, ifadə azadlığı haqqında Avropa konvensiyasının 10-cu məcəlləsinin kobud surətdə pozulmasıdır. İkincisi, Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” adlandırmaq olmaz, çünki bu məsələdə konsensus yoxdur və bu barədə diskussiyalar hələ də davam etməkdədir. Nəhayət, bu məsələ barədə qərarların qəbul edilməsi bu və ya digər ölkənin parlamentinin kompetensiyasına daxil deyil.

Məlum olduğu kimi, 2012-ci il fevralın 28-də Fransanın Konstitusiya Məhkəməsi (Konstitusiya Şurası) “erməni soyqırımı”nın inkarını kriminallaşdıran qanunu ləğv edib. Qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu Fransa parlamentinin aşağı palatası - Milli Assambleya 2011-ci ilin sonlarında, yuxarı palata - Senat isə 2012-ci ilin əvvəlində qəbul etmişdi. Qanun “erməni soyqırımı”nı dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyurdu.

Almaniya hökumətinin 2015-ci il 22 yanvar tarixli bəyanatı dünya erməniləri üçün bir növ "soyuq duş” təsiri yaratdı. Almaniya parlamentinin üç deputatı hökumətə aşağıdakı suallarla müraciət etmişdilər: "1915-ci il hadisələri soyqırımı kimi nəzərdən keçiriləcəkmi? Bu hadisələrin yüzilliyi ilə bağlı hər hansı bir tədbir həyata keçiriləcəkmi?''. Almaniya hökumətinin suala cavabı kifayət qədər birmənalı olub: "1948-ci ildə BMT Baş Assambleyasının soyqırımı haqda xəbərdarlıq və ona görə cəza bəyannaməsini qəbul etməsinədək baş vermiş hadisələr soyqırımı kimi qiymətləndirilə bilməz. Soyqırımı haqqında tezislər elmi araşdırmaların mövzusudur. Bu elmi diskussiyalarda tərəflər isə Türkiyə və Ermənistan olmalı, məhz onlar birgə tədqiqat qrupları yaratmalıdırlar''. Hökumətin bəyanatında o da bildirilirdi ki, "həmin hadisələrin 100-cü ildönümü ilə bağlı heç bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb".

Hadisələrin belə gedişi göstərir ki, Ermənistan hökumətinin və xüsusilə diasporunun böyük səylərinə baxmayaraq, “erməni soyqırımı” industriyası öz "kredit limitini'' sürətlə tükətmək üzrədir. Artıq kifayət sayda siyasi deklarasiyalar qəbul olunmuş və hüquqi qiymətini almışdır, bu məqsədlə külli miqdarda vəsaitlər sərf olunmuşdur. Dünya ermənilərinin böyük səylə hazırlaşdıqları qondarma “soyqırımı”nın 100 illiyi isə sadəcə tarixi xronologiya ilə şərtlənən psixoloji hədd nöqtəsi olmaqla dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün son bir şansdır. Son illərdə Ermənistanın siyasi nüfuzunun xeyli azalması hətta erməni mifini müəyyən səviyyələrdə dəstəkləyən dövlətlərin rəhbərlərinin böyük erməni şousunda iştirakını şübhə altına alır. Belə görünür ki, qonşu xalqlara qarşı əsassız nifrət və ərazi iddialarını özünün əsas ideoloji oriyentirinə çevirmiş ermənilər bu siyasətin uğursuzluğunu bütün ağırlığı ilə öz üzərlərində hiss etməkdədirlər.

Bədəl Əhmədov

Sosiologiya üzrə fəlsəfə doktoru

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır