Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər öz vəhşi əməllərinə görə layiqli cavablarını alacaqlar

Ermənilər öz vəhşi əməllərinə görə layiqli cavablarını alacaqlar

Bakı, 27 sentyabr, AZƏRTAC 

Böyük imperiyaların əlində alətə çevrilən ermənilər daim öz yalanları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışıblar. XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən Azərbaycanın şimalına köçürülən ermənilər qısa müddətdən sonra yerli türk-müsəlman əhalisinə qarşı ərazi iddiaları edərək, qanlı hadisələr törətməyə başladılar. Qafqazda etnik münaqişələrin əsasını ermənilər və onlara havadarlıq edən Rusiya imperiyası qoydu. Osmanlı dövlətindən xristian azlığı kimi bir sıra imtiyazlar və hüquqlar əldə edən ermənilər bu cür xeyirxahlıqların qarşılığında Osmanlı dövlətinin düşməni olan bir sıra xarici dövlətlərin “siyasi aləti” olmağa razılıq verdilər.

XX əsrdə ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımı tədbirlərini arxiv sənədləri ilə yanaşı, Azərbaycanda və Anadoluda aşkar edilən kütləvi məzarlıqlar bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-ın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.

O bildirib ki, XX əsrin əvvəllərində Azərbaycanda və Anadoluda erməni terrorçu dəstələri bütövlükdə bir milyondan artıq dinc türk-müsəlman əhalisini qətlə yetirdilər. O zaman Azərbaycanın və Anadolunun demək olar ki, hər yerində erməni daşnakları bu torpaqların əzəli sakinləri olan türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirdilər. Osmanlı və Qacarlar kimi böyük türk-müsəlman dövlətlərinin düşmənlərindən hər cür maddi və mənəvi dəstək görən erməni daşnakları Cənubi Qafqazda, eləcə də Azərbaycanın tarixi torpaqlarının qərb hissəsində özlərinə yeni dövlət qurmaq üçün hər cür yola əl atdılar. XX əsrin əvvəllərində erməni daşnakı Vahram Göyçənin azərbaycanlı əhalisinə qarşı törətdiyi vəhşi əməlləri sonralar özü belə etiraf edirdi:“Mәn Basarkeçәrdә һeç nәyi nәzәrә almadan türk әһalisini qırdım. Lakin bәzәn güllәyә һeyfim gәlirdi ... әn yaxşı üsul odur ki, döyüşdәn sonra salamat qalanların һamısını su quyusuna doldurub, üstündәn ağır daşları tökәsәn ki, onlardan әsәr-әlamәt qalmasın. Mәn elә dә etdim...”.

Tarixi reallıq uydurmalarla yox, gerçək faktlarla yadda qalır və yazılaraq gələcək nəsillərə ötürülür. Ermənilər bu cür vəhşi əməllərdən əl çəkmədiklərini sonralar da göstərdilər. 1948-1953-cü, 1988-1991-ci illərdə Azərbaycanın qərbindən yerli azərbaycanlı əhalinin öz doğma yurdlarından kütləvi şəkildə deportasiya edilməsi, Birinci Qarabağ müharibəsində öz havadarlarının fəal yardımı ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı kimi əsrin ən qanlı cinayətlərindən birinin törədilməsi məhz erməni vəhşiliyinin bariz nümunələridir.

Ramin Əlizadə diqqətə çatdırıb ki, Azərbaycan Respublikası müstəqillik qazandığı ilk günlərdən regionda sülhün başlıca tərəfdarı və insan hüquqlarının müdafiəçisi kimi dünya ictimaiyyətinın diqqətini erməni yalanlarının ifşa edilməsinə yönəltmişdir. Hazırda Azərbaycan Milli Ordusu işğalçı erməni əsgərlərinin layiqli cavabını verməklə regionda Ermənistanın törətmək istədiyi hər cür təxribat və pozuculuq fəaliyyətlərinin qarşısını almaqdadır. 2010-cu ilin iyununda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına ermənilərlə döyüşə girərək onların çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi hər bir əsgərimiz üçün nümunədir. 2016-cı ilin aprel döyüşlərində ermənilərin cəbhə xəttində uzun illər ərzində möhkəmləndirdiyi müdafiə xətti yarıldı, Seysulan və Talış yüksəkliyi azad olundu, strateji cəhətdən əhəmiyyətli “Lələ təpə” yüksəkliyi Azərbaycan Milli Ordusunun nəzarəti altına keçdi. Azərbaycan Milli Ordusunun bu uğurları qarşısında Ermənistan Respublikası insan hüquqlarına ziddi olaraq növbəti iyrənc addımını atdı. 2017-ci ilin 4 iyununda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxaslı qəsəbəsinin qumbaraatanlardan atəşə tutulması nəticəsində 14 aylıq körpə olan Zəhra Quliyeva nənəsi ilə birlikdə qətlə yetirildi. Erməni hərbçilərinin dinc əhaliyə, eləcə də, qadına, qocaya, uşağa qəddarcasına münasibəti Tovuz döyüşlərində bir daha özünü göstərdi. Qanlı əməllərindən əl çəkməyən ermənilər 2020-ci ilin 12 iyunundan başlayaraq bir neçə gün ərzində Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini artilleriya qurğuları ilə atəşə tutdular. Azərbaycan Milli Ordusu Tovuz döyüşlərində düşməni geri otuzdurmaqla onun xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Tovuz döyüşlərində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və beş hərbi qulluqçumuz düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşlar. Erməni hərbçilərinin vəhşi əməllərinin bariz nümunəsi isə Ağdam kəndinin 76 yaşlı sakininin qətlə yetirilməsi olmuşdur.

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar İşğalçı Ermənistan dövləti tərəfindən və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

“Bu gün milli ruhlu, vətənpərvər gənclərimizin həm cəbhədə düşməni susdurması, həm də Qarabağ həqiqətlərini beynəlxalq aləmdə təbliğ etməsi işğal altında olan torpaqlarımızın azad edilməsinə hər gün, hər saat töhfə verməkdədir”, - deyə Ramin Əlizadə qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub