Ermənilər xalqımıza qarşı planlı şəkildə soyqırımı aktları həyata keçirmişlər
Ağdaş, 31 mart (AZƏRTAC, Şahnəzər Bəşirov). Martın 31-də Ağdaş şəhərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirin iştirakçıları olan rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət etmişlər.
Tədbirdə soyqırımı qurbanlarının və ümumiyyətlə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edənlər bildirmişlər ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdikləri genişmiqyaslı soyqırımı aktları nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan evindən, öz el-obasından didərgin düşmüşdür.
Natiqlər Prezident İlham Əliyevin azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində gördüyü işləri xüsusi qeyd etmişlər. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminlik ifadə olunmuşdur. Eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı sürətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri və həmin qanlı hadisələri əks etdirən tarixi faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]