Ermənistan ordusunun hərbi hissəsinin zərərsizləşdirilən komandirinin yerinə fərarilik etmiş zabit təyinat alıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Ermənistan ordusunun Madagizdə yerləşən 6-cı dağ atıcı alayının komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin artilleriya atəşinə məruz qalıb və ağır yaralı vəziyyətdə döyüş mövqeyindən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, həmin hərbi hissə komandirinin yerinə 10-cu dağ atıcı diviziyasının komandir müavini Gevorq Manqalaryan təyin edilib.
Qeyd edək ki, G.Manqalaryan 2016-cı il Aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılıb. Lakin sonradan yüksək rütbəli qohumlarının müdaxiləsi nəticəsində yenidən bəraət qazanıb və müvafiq vəzifəyə təyin edilib.
Məlumdur ki, G.Manqalaryan komandanlığın etimadını qazanmayıb, əsgərlər və kiçik zabitlər arasında nüfuzu yoxdur. Bu fakt Ermənistan ordusunda vəziyyətin acınacaqlı olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 27 oktyabr
- 26.10.2026 [12:57]
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb
- 26.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 26 oktyabr
- 25.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 25 oktyabr
- 24.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 24 oktyabr
- 23.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 23 oktyabr
Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub
- 27.10.2026 [23:03]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [22:42]
FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib
- 27.10.2026 [22:24]
“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb
- 27.10.2026 [22:22]
“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb
- 27.10.2026 [22:04]
Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov
- 27.10.2026 [21:58]
Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb
- 27.10.2026 [21:42]
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb
- 27.10.2026 [21:29]