Ermənistan ordusunun hərbi qulluqçularına məxsus sənədlər və rabitə vasitələri ələ keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin əks-həmlələri nəticəsində çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.