Ermənistan silahlı bölmələrinin döyüş meydanında atıb qaçdığı döyüş vasitələri ələ keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələri bölmələrinin döyüş meydanında atıb qaçdığı döyüş vasitələri ələ keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən ordusunun döyüş meydanında atıb qaçdığı silah-sursat, gecəgörmə cihazları, döyüş sənədləri, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.