Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparat xüsusi üsulla endirilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.