Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisini başa çatdırıb
Bakı, 27 fevral, AZƏRTAC
Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin inşasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Marqara” keçid məntəqəsində tikinti işləri başa çatıb. Sərhədin açılması siyasi məsələdir və bu, təkcə Ermənistanın mövqeyindən asılı deyil”, - deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlıdır. Ermənistan hökuməti 2021-ci ildə Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. Ankara və İrəvan bunun üçün xüsusi nümayəndələr təyin edib. 2023-cü ilin yanvarında Ankara birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığı barədə İrəvanı məlumatlandırıb. Həmin ilin martında isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəd keçidinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılıq əldə olunduğunu bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]