Ermənistan yeni modul tipli AES tikmək niyyətindədir
Tbilisi, 1 oktyabr, AZƏRTAC
Ermənistan yeni modul tipli Atom Elektrik Stansiyası (AES) tikmək niyyətindədir. Bununla bağlı beş ölkə ilə danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. Baş nazir deyib ki, yeni kiçik modul tipli AES-in tikintisi ilə əlaqədar 5 tərəfdaş ölkə ilə danışıqlar aparılır və bu söhbətlər praktik xarakter daşıyır.
Hökumətin nəzdində yaradılmış işçi qrupları müxtəlif yerləri öyrənmək və araşdırma aparmaq üçün bölgələrə səfər edir.
“Yaxın 1-2 il ərzində qərar qəbul edib müqavilə imzalamalıyıq və bunun nə geosiyasi, nə də xarici siyasət konteksti olmayacaq”, - deyə Paşinyan vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]