Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistana xaricdən muzdluların axını davam edir, bəs bu ölkələrin hökumətləri hara baxır?

Ermənistana xaricdən muzdluların axını davam edir, bəs bu ölkələrin hökumətləri hara baxır?

Bakı, 2 noyabr, AZƏRTAC

“Kommersant” qəzetində maraqlı bir material - hazırda qanunsuz olaraq Qarabağ münaqişəsi zonasına gəlmiş Vahan adlı erməni yaraqlısı ilə müsahibə dərc edilib. Rusiya vətəndaşı olan Vahan əlinə silah alıb başqa ölkənin ərazisində qanunsuz hərəkətlərlə məşğuldur. Lakin bu fakt “Kommersant” qəzetinin həmin yaraqlı ilə söhbət etməsinə, onun “filosofluq” etməsinə, qəzetin oxucu auditoriyasını çaşdıra biləcək yalanlar yaymasına imkan verməyə mane olmayıb.

AZƏRTAC xəbər verir ki, hələ birinci Qarabağ müharibəsi dövründə qanunsuz dəstələrin heyətində vuruşmuş Vahan öz biznesini və ailəsini Rusiyada qoyub yenidən Qarabağa, burada atəş açaraq özünün qana hərisliyini təmin etməyə gəlib. Birinci Qarabağ müharibəsi dövründə onun kimi “könüllülərin” nə ilə məşğul olmaları yaxşı məlumdur. Onların əlləri Ermənistan ordusunun şəxsi heyətinin əllərindən daha artıq dərəcədə günahsız insan qanına bulaşıb. Yeri gəlmişkən, Vahan birinci Qarabağ müharibəsi zamanı özünün “igidlikləri” barədə danışarkən jurnalistdən diktofonu söndürməsini xahiş edib. Bu da tamamilə məntiqəuyğundur: insanlıq əleyhinə törətdiyi cinayətləri etiraf etməsini sənədləşdirmək nəyə lazımdır?

Vahanın jurnalistə söylədiklərindən belə məlum olur ki, o, Qarabağda bu dəfə də eyni əməllərlə məşğul olmağa hazırlaşır. Doğrudur, indi orada qətlə yetirilə biləcək dinc azərbaycanlı əhali yoxdur, amma əvəzində bu banditin “türkiyəli xüsusi təyinatlılar” adlandırdığı Azərbaycan əsgərləri var. Ən maraqlısı budur ki, Vahan özünün cəzasız qalacağına tamamilə əmindir. Əslində, onun bu cür arxayınlığına əsas var - 1990-cı illərin əvvəlində Azərbaycan ərazisində cinayətlər törətmiş yüzlərlə Rusiya vətəndaşı olan ermənilər cəzasız qalıb. Ona görə Vahan da ümid edir ki, bu dəfə də belə olacaq.

Jurnalistin “Vahan, əgər siz müharibədən sonra Rusiyaya qayıtmağa hazırlaşırsınızsa, qorxmursunuzmu ki, orada müəyyən problemlərlə üzləşərsiniz? Məsələn, bizim Cinayət Məcəlləsində “Muzdluluq” adlı xüsusi maddə var” sualına Vahan belə cavab verib: “Muzdluluq müharibədə iştiraka görə pul vəsaiti alınmasını nəzərdə tutur. Mən isə heç bir pul almıram, əksinə, öz pullarımı sərf edirəm. Ona görə də mənim əməllərim həmin maddəyə uyğun gəlmir”.

Amma burada erməni yaraqlı ciddi səhvə yol verir. RF Cinayət Məcəlləsinin 208-ci maddəsində Rusiya vətəndaşlarının başqa ölkənin ərazisində qanunsuz silahlı dəstələrdə iştirakı barədə ayrıca bənd var. Bu maddənin həmin bəndində deyilir: “Federal qanunla nəzərdə tutulmamış silahlı dəstədə iştirak etmək, habelə xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyində nəzərdə tutulmamış silahlı dəstədə Rusiya Federasiyasının mənafelərinə zidd olan məqsədlərlə iştirak etmək - bir ildən iki ilə qədər azadlığı məhdudlaşdırılmaqla səkkiz ildən on beş ilə qədər azadlıqdan məhrum edilmə ilə cəzalandırılır”.

Vahan və Azərbaycan ərazisində banditliklə məşğul olan erməni millətindən olan digər rusiyalılarla bağlı halda muzdlular haqqında maddəyə ehtiyac yoxdur. Hətta bu şəxslər əllərinə avtomat alıb xalis ideya mülahizələrinə əsasən və tamamilə pulsuz olaraq Qarabağ dağlarında qaçırlarsa, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Elə həmin Rusiyada İŞİD-in tərəfində vuruşmaq üçün Yaxın Şərqə getmiş vətəndaşlara qarşı neçə cinayət işi qaldırıldığını yada salaq. Onların əksəriyyəti də bu hərəkətləri ideya mülahizələrinə əsasən edirdilər, bununla belə onlar qanundankənar elan edildilər. Öz ölkəsinin qanunvericiliyinə zidd olaraq Vahanın dediyi kimi Qarabağda partizanlıq etməyə, yəni suveren Azərbaycan dövlətinin qanuni ordu bölmələrinə qarşı qanunsuz silahlı hərəkətlər törətməyə gedən ermənilər onlardan yaxşıdırlarmı? Erməni yaraqlılar İŞİD terrorçularından heç nə ilə fərqlənmir, erməni tərəfi Qarabağda eynilə bu cür terror müharibəsi aparır, bütün region üçün təhlükə törədir.

Hərçənd, RF Cinayət Məcəlləsinin müvafiq maddəsində belə vahanlar və vartapedlər üçün onların əməllərinin Rusiya Federasiyasının mənafelərinə zidd olması barədə kiçik bir məqam nəzərdə tutulub. Erməni yaraqlılar qana hərisliyini təmin edəndən sonra Rusiyaya, öz biznes fəaliyyətinə qayıdanda həmin məqam onlar üçün indulgensiya ola bilər. Bu halda belə bir sual yaranacaq: Rusiya tərəfi erməni millətindən olan öz vətəndaşlarının Azərbaycana qarşı əməllərini Rusiyanın milli mənafelərinə müvafiq hesab edəcəkmi? Nədənsə düşünürük ki, belə olmayacaq. İndi 1990-cı illər deyil, bu gün tamamilə fərqli geosiyasi mənzərə, Azərbaycan ilə Rusiya arasında tamamilə başqa münasibətlər yaranıb, Ermənistan isə artıq hesabdan silinib. Ona görə də çox güman ki, cinayət məcəlləsinin sözügedən maddəsində bu həssas məqama baxmayaraq indiki müharibədən sonra Vahan özünün aqrobiznes fəaliyyətini davam etdirə bilməyəcək. Ümumiyyətlə, onun harasa qayıda bilməsi müəmmalı məsələdir.

Bu gün Qarabağda qanunsuz silahlı qruplaşmaların tərkibində döyüşən erməni muzdlular təkcə Rusiyadan gəlmir. Yüzlərlə yaraqlı Yaxın Şərqdən gəlib, qan tökmək həvəsi ilə okeanın o tayından uçub gələnlər də, “düşüncə qardaşları”, yəni Fransa vətəndaşları olan ermənilər də var.

Bu günlərdə “France24” telekanalında Qarabağda vuruşan fransalı erməni muzdlular barədə bir süjet göstərdilər. Həmin videoda Sipan Muradyan və Sipan Koroğlyan özlərinin “igidlikləri” barədə danışırlar. Məsələn, Val-de-Marn departamentindən olan Muradyan rusiyalı Vahandan fərqli olaraq gizlənmir. Hazırda bu muzdlu Fransa, ABŞ və Fələstindən olan 15 “xidmət yoldaşı” ilə birlikdə Laçın dəhlizi zonasındadır. Muradyan deyir ki, onlar özləri döyüşmür, amma hərbi əməliyyatlarda Ermənistan silahlı qüvvələrinə hər vasitə ilə kömək edirlər.

Maraqlıdır ki, həmin video “YouTube” kanalında az müddətdən sonra silinib. Axı bu, həm Fransanın, həm də Ermənistanın əleyhinə kompromatdır. Yerevan onun ərazisində əcnəbi muzdluların (və ya könüllülərin - necə adlansalar da mahiyyəti birdir) olmadığını bəyan etdiyi bir vaxtda Fransa televiziyasında Fransadan olan yaraqlılar başqa ölkədə gedən müharibədə özlərinin “igidliklərindən” dəm vururlar. Haqlı olaraq sual yaranır: axı Fransa vətəndaşları Azərbaycanın ərazisində - Fransada yox, fransızların sevdikləri Ermənistanda yox, tamam başqa bir ölkədə gedən hərbi əməliyyatlar zonasında nə edirlər?

Cenevrə konvensiyalarına Fransanın da imzaladığı 8 iyun 1977-ci il tarixli 1-ci Əlavə Protokola müvafiq olaraq:

1) Muzdlu kombatant və ya hərbi əsir statusu almaq hüququna malik deyil;

2) Muzdlu o şəxsdir ki:

a) silahlı münaqişədə vuruşmaq məqsədilə xüsusi olaraq cəlb edilmişdir;

b) hərbi əməliyyatlarda faktik olaraq bilavasitə iştirak edir;

c) əsasən, şəxsi qazanc əldə etmək arzusu ilə hərbi əməliyyatlarda bilavasitə iştirak edir;

ç) nə münaqişədə olan tərəfin vətəndaşı, nə də münaqişədə olan tərəfin öz nəzarəti altında saxladığı ərazidə daim yaşayan şəxs deyildir;

d) münaqişənin tərəfi olmayan dövlət tərəfindən, onun silahlı qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək üçün göndərilməmişdir.

Sonda qeyd edək ki, Ermənistan, muzdlu ermənilər və “könüllülər” tərəfindən bu müharibədə törədilmiş çoxsaylı cinayətlər, beynəlxalq hüququn və Azərbaycan milli qanunvericiliyinin pozuntuları erməni tərəfi üçün cavabsız qalmayacaq. Azərbaycan torpaqlarında cinayətlər törədəndən sonra öz ölkələrinə qayıdaraq birinci Qarabağ müharibəsindən sonra olduğu kimi rahat yaşamağa ümid edən əcnəbi vətəndaşlar arxayınlaşmasınlar. Bu dəfə, necə deyərlər, hər kəs törətdiyi cinayətlərə görə cavab verməli olacaq. Hər halda Azərbaycan tərəfi bizə dost və tərəfdaş olan, amma vətəndaşları bu gün Azərbaycanın qanuni silahlı qüvvələrinə qarşı qanunsuz qruplaşmaların tərkibində döyüşən ölkələrin bizi düzgün anlayacağına inanır.

Bir daha vurğulayaq, erməni terrorçular elə həmin Rusiyada və Fransada o qədər də nazı ilə oynanılmayan bütün başqa terrorçulardan heç nə ilə fərqlənmirlər. Buna görə də Qarabağ müharibəsində qeyri-qanuni şəkildə iştirak edən, həmin ölkələrin istənilən millətdən olan vətəndaşlarının “dəcəlliklərinə” sərt münasibət göstərməlidir. Ona görə ki, bu şəxslər münaqişə zonasında görünməklə, ilk növbədə, öz ölkələrini və onların Azərbaycanla münasibətlərini zərbə altına qoyurlar, indi burada bütün nüanslar və tendensiyalar çox diqqətlə izlənilir.

Bu səbəbdən “Kommersant” nəşrinin müsahibinin Qarabağ uğrunda müharibədə iştirakının Rusiyanın mənafelərinə uyğun olması məsələsini cəsarətlə gündəlikdən çıxarmaq olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq