Ermənistanda aksiya iştirakçıları Nikol Paşinyanın hərbi qəbiristanlığa girməsinə mane olublar VİDEO
Tbilisi, 19 dekabr, AZƏRTAC
Ermənistanda dekabrın 19-da keçirilən matəm yürüşü zamanı gərginlik yaşanıb.
AZƏRTAC xəbər verir ki, Qarabağda ölən əsgərlərin valideynləri və müharibə iştirakçıları Yerevandakı “Erablur” hərbi qəbiristanlığına doğru yürüş ediblər.
Ermənistanın baş naziri Nikol Paşinyanın da matəm yürüşünə qoşulması aksiya iştirakçılarının etirazına səbəb olub.
Qəbiristanlığın ətrafında Paşinyan tərəfdarları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Paşinyanın mühafizəçiləri polisin köməyi ilə etirazçıların canlı səddini yararaq onun qəbiristanlığa girməsinə nail olublar.
Hazırda Ermənistanda gərginlik davam edir. Yerevanın mərkəzində yeni mitinq keçirilir. Müxalifətlə yanaşı, Paşinyanın partiyasından olan bir neçə deputat da onun istefasını tələb edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi