Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılıb
Tbilisi, 13 aprel, AZƏRTAC
Ermənistanda koronovirusun yayılmasının qarşısının alınması məqsədilə fövqəladə vəziyyət rejiminin müddəti daha 30 gün uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 13-də keçirilən növbədənkənar iclasında qəbul olunub.
Bildirilib ki, rejim aprelin 14-də saat 17:00-dan mayın 14-ü saat 17:00-dək uzadılır.
Qeyd edək ki, hazırda Ermənistanda 1039 koronavirus xəstəsi var. Ölkədə 14 nəfər COVID-19-dan ölüb.
Ermənistan parlamenti aprelin 14-də keçiriləcək iclasında hökumətin qərarını müzakirə edəcək və müvafiq qərar qəbul olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]