Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın böyük bacısı ilə nə etməli?

Ermənistanın böyük bacısı ilə nə etməli?

Bakı, 29 dekabr, AZƏRTAC

ATƏT-in keçmiş Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının (hələlik) daimi üzvü Fransanın Prezidenti Emmanuel Makron beynəlxalq humanitar təşkilatların Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisinə göndərilməsi çağırışında bulunub. Onun bu çağırışı, əlbəttə əsassızdır - özü də tamamilə əsassızdır. Birincisi, o dövlət ki, guya arbitr rolu oynayır (özünü buna haqqı çatan dövlət mövqeyində görür), zəhmət çəkib, tərəflərdən eyni məsafədə durmağı bacarmalıdır. O isə keçmiş işğalçı Ermənistanın böyük bacısıdır və bu bacılıq fiziki yox, siyasi-ideoloji, müəyyən qədər dini amillərlə bağlıdır. Yəni, bu yanaşmada heç bir halda hüquq, beynəlxalq nizam arayışı iştirak etmir.

Beləliklə, sual yaranır: bir şey ki əsassızdır o nə nəticə verə, hansı qalıcı imkanlar yarada bilər? - Bu çəpdişli çarx altındaymış kimi davranmaq nəyi göstərir? Suallar ritorik xarakterlidir. Bəli, bu, bir daha Emmanuel Makronun hər vəchlə Güney Qafqaza müdaxilə etməyə, burada möhkəmlənməyə çalışdığını göstərir. - Bu, “Gözü qarayam” deyirmişcəsinə bir müdaxilə cəhdidir; amma biz nə Fransanın gözünün rənginə, nə də onun kiçik bacısının göz yaşına baxmayacağıq...

Bu fikirlər Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının “Ermənistanın böyük bacısı ilə nə etməli?” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Öz çirkin planını “sərhəd missiyası” adı altında həyata keçirməyə cəhd göstərən Makron istəyinin puç olduğunu görüncə, bu dəfə “kurs”u dəyişib humanitar təşkilatların əli ilə öz niyyətini gerçəkləşdirməyə çalışır. Onun humanitar qavrama verdiyi “dəyər”i Frankofoniyanın Tunis toplantısında bir daha gördük: adam yekun qətnaməyə, qurumun rəsmi elan olunmuş qayəsi ilə heç bir bağlantısı olmadan Azərbaycan əleyhinə bəndlər salmaq istəyirdi. Hətta israrlara baxmayaraq, o bəndlər keçmədi, çünki Azərbaycanın güvənli dostları hər yerdədir; Makron gördü ki, Frankofoniyada belə üzv Ermənistanın deyil, adil Azərbaycanın sözü daha kəsərli, daha keçərlidir. Ermənistanın üzv olduğu KTMT-də də belədir. Azərbaycan şahlanış dönəmindədir, kəsafətləri kəsə-kəsə irəliləyir və bizi kimsə durdura bilməz! Çünki haqlıyıq və haqqımızı müdafiə etməyə yetərli gücümüz var.

Bəli, artıq kimisə aldatmaq mümkünsüzdür. Fransanın Ermənistanla birgə hazırladığı məkrli planları faş etməyə imkanımız var. Fransanın öz bəd niyyətini humanitar təşkilatların əli ilə gerçəkləşdirməyə çalışması keçməyəcək. Bu plan da iflasa məhkumdur.

Təkrarçılıq olmasın, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu ölkənin yanlış yanaşmaları, ilk növbədə, BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı müddəalarından sui-istifadədir. Hər hansı bir ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycan Respublikasının belə bir razılığımı var? - Xeyr! Azərbaycanın nəinki razılığı, öhdəliyi, imzası var, əksinə heç belə bir niyyəti də yoxdur.

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ermənilər yaşadığı ərazilərində guya humanitar böhranla bağlı iddialar tipik erməni yalanı, hay vay-şüvənidir. Hələ yalnız fikir verin: guya Xankəndi və çevrəsində 120 min (?) erməni yaşayır. Bədbəxt uşağı o qədər yalan danışıb, artıq yalanla nəfəs alır, yalanla qol-boyun yatır, yalanla oyanır, elə yalanla da əl-üzünü yuyub sonra da yeni yalanlarla qəlyanaltı edirlər... Təqribən 25 min erməninin zorla məskun edildiyi əraziyə bundan 4-5 dəfə çox erməni “pripiska” edirlər. Necə ki, Xankəndidəki son (25 dekabr tarixli) mitinq haqqında yayılan erməni “rəsmi” xəbərlərində də saxtalaşdırma gördük: yenə 4-5 dəfə şişirtmə vardı - guya 17 min yox 70 minə yaxın erməni toplaşıbmış Xankəndi meydanına. Bilirsiniz, burada iki məqam qabarıq görünür. Birincisi, bizim ekofəalların, vətəndaş cəmiyyəti institutları təmsilçilərimizin Laçın-Xankəndi yolundakı aksiyalarından sonra Ermənistandan “TIR”larla “mitinqçi” daşımaq alınmadığı üçün, meydanın münasib rakurslardan çəkilişləri ilə, digər texniki quramalarla oynadılar; ikincisi, qlobal meydanda Fransa-Rusiya ayrımçılığı müzakirə mövzusu ikən, balaca meydanda Fransa-Rusiya işbirliyi cəhdi, əsintisi hiss olunur. - Ola bilər, bu da, Vardanyana bir az ümid verir. Amma və lakin yeni terrorçubaşı olmaq istəyən Vardanyanın danışığına çökmüş qüssə, (qabağı düşüm deyərkən dala düşdüyünü idrak etməyin gətirdiyi gərginlik) danılmazdır. Vardanyan Yoxdanyan olmaq yolundadır, - ha bir az gec ha bir az tez... Rəhmətlik Şaiq Vəli demiş, olacaqlar, olacaqlar...

Kim bilməsə də, Ermənistan və onun böyük bacısı yaxşı bilir ki, əgər Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansısa bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz ərazisində yaşayan dinc sakinlərinin, vətəndaşlarının problemlərini ləyaqətli həll etməyə qadirdir. Azərbaycanın ədalətinə kiminsə şübhəsi olmasın. Prezident İlham Əliyevin məşhur sözləri ilə desək, “sözümüz imzamız qədər keçərlidir”.

Hər şey bir yana qalmış olsa belə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə qərargahı var və bu qurumla işbirliyi mövcuddur. Deməli, hər hansı bir çətinlik yaranarsa da, Qırmızı Xaç Komitəsinin vasitəsilə çözüm yolu tapmaq mümkündür.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin arabalarının, onların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın - Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti bir neçə dəfə tam təmin edilib. Etirazçılar yolçulara, yolçular da onlara öyrəşib. Artıq daha çox erməni idrak edir ki, Azərbaycanla anlaşmaya varmaq alternativlərin ən yaxşısıdır. O da görünür ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır.

Uzun sözün qısası, Fransa Prezidentinin səsləndirdiyi fikirlər onun yenidən vasitəçiliyə can atdığını göstərməkdədir. Amma və lakin Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçilik mümkün deyil. Fransa öz missiyasını, mandatını özü gorbagor eləyib. Gorbagor olansa dirilmir... Müsyo üçün Dərviş Məstəli Şahmı gəlsin, yoxsa, Şeyx Nəsrullahmı?..

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub