Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın işğalçılıq siyasətinə dəstək verən İran davranışları ilə özünü ifşa edir – Şərh

Ermənistanın işğalçılıq siyasətinə dəstək verən İran davranışları ilə özünü ifşa edir –  Şərh

Bakı, 20 iyun, AZƏRTAC

İranın Azərbaycana münasibətində son vaxtlar nəzərə çarpan və narahatedici məqamlar, o cümlədən ölkəmizin İrandakı səfirliyinə hücum, məscidlərimizi viran qoyan Ermənistana dəstək İslam adına yaraşmayan haldır. Ötən il Ermənistanın Qafan şəhərində İranın baş konsulluq açması və bu ölkənin xarici işlər nazirinin orada verdiyi bəyanatlar Tehranın Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və regiondakı yeni reallıqlarla barışa bilmədiyini nümayiş etdirir. İranın bu məsələdəki mövqeyi heç anlaşılan deyil. Xatırladım ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuz Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsini bərpa etdi. Eləcə də əsgər və zabitlərimizin şücaət və qəhrəmanlığı sayəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhəri düşməndən təmizləndi. Lakin nədənsə bu, həmçinin Laçın rayonunda sərhəd-buraxılış məntəqəmizin qurulması, Zəngəzur dəhlizinin reallaşdırılmasının gündən-günə daha aydın şəkildə ictimai müstəviyə gətirilməsi, məscidlərimizdə donuz saxlayan erməniləri öz torpaqlarımızından qovmağımız, “Dəmir yumruq”la başlarına zərbə endirməyimiz İranın xoşuna gəlmədi.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.

“Belə anlaşılır ki, İran Azərbaycanın müstəqilliyini, daha inkişaf etmiş iqtisadiyyata malik dövlət olmasının, silahlı qüvvələrinin güclənməsinin əleyhinədir. Yəni cənub qonşumuz Azərbaycanı güclü dövlət kimi görmək istəmir. Çünki biz İrana dindaşımız kimi, İslam ölkəsi kimi baxırıq. Çox təəssüflənirik ki, İslam mənsubları olan İran hakimiyyəti Azərbaycana qarşı münasibətdə işğalçının yanındadır. Son hadisələr də İranın mövqeyini daha açıq-aydın şəkildə ortaya qoydu. Bu mövqe işğalçının yanında olmağa xidmət edir. İranın PUA-larla Ermənistana yardım göstərməsi, eyni zamanda, bu ölkəyə göndərilən hərbi yardımın İran vasitəsilə daşınması İslam düşməninə zəhər və güc vermək anlamına gəlmir”, - deyə İbrahim Rüstəmov vurğulayıb.

Hərbi ekspertin sözlərinə görə, bu, İslama qarşı təhdiddir. Ona görə də İranın bu siyasətdə öz mövqeyini daha ciddi redaktə etməsinə ehtiyac var. Çünki Ermənistan nə qədər güc sərf etsə, səy göstərsə də, Azərbaycanın ərazi bütövlüyünü poza bilməyəcək. Belə ki, ölkəmizin bu məsələdəki mövqeyi konkretdir, realdır, çox güclüdür. Azərbaycanın gücü onun təkcə ciddi orduya malik dövlət olmasında deyil. Ən böyük gücü həqiqətlərinin beynəlxalq hüquq tərəfindən müdafiə olunmasındadır. Ona görə də xalqımız Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da həmin məsələ ilə bağlı fikirlərini dəstəkləyir. Azərbaycan - Türkiyə biliyi türk dünyasını sevən insanların həmrəyliyi, işğalçıya və təhdidlərə yox deməkdir. Müasir dünyada güc faktoru önəm daşımaqdadır. Bu mövqe sülhün, asayişin qorunmasına xidmət edir. Güman edirəm ki, nə İran, nə onun kimi düşünən ölkələr, o cümlədən Fransa bu məsələdə uğur əldə edə bilməyəcək.

“Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Hazırkı vəziyyətdə Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri mühüm əhəmiyyət kəsb edir. Pakistan da İslam ölkəsidir, amma Azərbaycana qarşı münasibətdə obyektiv mövqe nümayiş etdirir. Pakistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət müsəlman aləmində əlaqələrin inkişafına, İslam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin əyani təsdiqidir. Bundan fərqli olaraq, özünü İslam dünyasının maraqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən İran davranışları ilə özünü tam ifşa edib. Bu ölkə İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün vasitə kimi istifadə etdiyini hər addımında göstərib”, - deyə hərbi ekspert bildirib.

Jurnalist vurğulayıb ki, digər tərəfdən Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu dəhliz nə qədər tez açılarsa, o qədər yaxşıdır. Hər halda bu istiqamətdə səylər artırılacaq. Həmin dəhlizin açılması bölgədə əməkdaşlıq məsələlərinə də müsbət təsir göstərəcək. Avtomobil və dəmir yolları ilə bağlı atılacaq addımlar sayəsində Bakıdan İqdıra getmək mümkün olacaq. Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha da asanlaşacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub