Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Naxçıvan istiqamətində təxribatının məqsədi - ŞƏRH

Ermənistanın Naxçıvan istiqamətində təxribatının məqsədi -  ŞƏRH

Bakı, 28 avqust, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri son zamanlar Azərbaycan Ordusunun əsasən Kəlbəcər, Xocavənd, Xocalı, eləcə də Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonları istiqamətində yerləşən mövqelərini atəşə tutur və təxribatlar törədirlər. Belə ki, avqustun 21-dən 22-dək Ermənistan ordusu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bundan başqa, avqustun 25-də Ermənistan ordusuna məxsus kvadrokopter bölmələrimizin Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində uçuşlar həyata keçirməyə çalışıb. Avqustun 26-da isə Ermənistan silahlı qüvvələri təxribat törətmək məqsədilə Silahlı Qüvvələrimizin Naxçıvanın Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd ediblər. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bunu AZƏRTAC-a açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.

Onun sözlərinə görə, həmin istiqamətə xəritə üzərindən baxsaq görərik ki, Havuş yaşayış məntəqəsində dağ silsiləsi mövcuddur. Düşmən bölmələri orada yerləşən hakim yüksəkliklərin qarşısında mövqelər tutmağı planlaşdırırlar. Silahlı birləşmələrimizin ayıq-sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb və düşmən geri otuzdurulub. Bu göstərir ki, Ermənistan ordusu müəyyən mövqeləri ələ keçirmək niyyətindədir və bütün bu cəhdlərin qarşısı qətiyyətlə alınır. Eləcə də mütəmadi şəkildə bölmələrimizin müxtəlif istiqamətlərdə mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərirlər.

Polkovnik-leytenant qeyd edib ki, Havuş yaşayış məntəqəsi üç tərəfdən düşmənlə əhatə olunan və sərhəddə yerləşən strateji yüksəklikdir. Həmin yüksəklikdə və yaşayış məntəqəsi üzərində Şərur şəhərinin mərkəzindən keçməklə İrəvan-Naxçıvan-Bakı marşrutu yerləşir. Bu marşrutun davamı Zəngəzur dəhlizinə aparıb çıxarır. Digər ikinci istiqamət isə Şərur rayonundan keçməklə İranla Ermənistan sərhədinin ortasında mərkəz rolunu oynayır. Əgər gələcəkdə bu istiqamətdə təxribatlar törədilərsə, Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinə əsasən qardaş ölkə Qarabağdakı terrorun qarşısının alınması üçün müdaxilə edə bilər. Bu istiqamətlərdə gedən təxribatlar fonunda Ermənistan orada hərbi oyunlar təşkil edirdi. Çünki hərbi oyunlar keçirildiyi dövrdə əslində sərhəddə atəşkəs pozulmamalı idi. Ancaq buna riayət edilmədi. Beləliklə, Ermənistanın məqsədi hərbi təxribatlar törətmək idi. Eyni zamanda, ermənilər Arazdəyən kəndi yolu istiqamətində zavod inşa etməyə çalışırdılar. Yəni, bu təxribatlar bir-biri ilə əlaqədardır. Onların da qarşısı Ordumuzun qoşunları tərəfindən qətiyyətlə alındı. Həmçinin başqa istiqamət Azərbaycanın Tovuz rayonudur. Əgər Havuş kəndi istiqamətində təxribata cəhd olunsaydı, Tovuz yolu marşrutundakı hakim yüksəkliklər nəzarətə götürülərdi.

“Azərbaycanın qərb sərhədlərində, o cümlədən Havuş yaşayış məntəqəsi istiqamətində Ermənistanın altı güc strukturu hərbi oyunlar keçirib və bu oyunları Ermənistanın baş naziri Nikol Paşinyan da izləyib. Bunlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin avqustun 25-də Kəlbəcərə səfəri ərəfəsində həmin təlimləri başlayıblar. Avqustun 26-da təlimi bitirməklə Ermənistan ölkəmizə müəyyən mesaj göndərdi. Bu, ermənilərin əsas hədəfinin Tovuzun Qovlar yolu və Gürcüstana çıxışı olan sərhədimiz olduğunu göstərir. Bu, bizə 2020-ci ilin iyul hadisələrini, Tovuz döyüşlərini xatırladır. O vaxt həmin istiqamətdə təxribatdan sonra Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb olan antiterror əməliyyatına başladı. Belə ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ali Baş Komandanımız bütün güc strukturlarını idarə edirdi və bundan əvvəl təlimlər keçirilmişdi. Paşinyan burada həmin obrazı yaratmağa çalışırdı və hakimiyyəti dövründə ilk dəfə hərbi oyunları izləməyə gəlmişdi. Ona cavab olaraq Türkiyənin müdafiə naziri Yaşar Gülər də ölkəmizə gələrək Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirib”, - deyə Elmar Hüseyn vurğulayıb.

Azərbaycan Ordusunun qarşı tərəfin bütün təxribatlarının qarşısını almağa hazır olduğunu diqqətə çatdıran hərbi-siyasi ekspert deyib: “Bu ilin iyununda Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağını təqdimetmə mərasimində Ali Baş Komandan İlham Əliyev Ordumuzun bütün hakim yüksəkliklərə nəzarət etməsini vurğulayaraq demişdi: “Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir. Yenə də deyirəm, biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.

Silahlı Qüvvələrimiz demək olar ki, hazırda bütün hakim yüksəklikləri ələ keçirib. Ermənistanın, ümumiyyətlə, Naxçıvan, Şərur, Sədərək rayonlarının yaşayış məntəqələri istiqamətində təxribat törətməsi düşmənin sülhdən yayınmasını göstərir. Amma Ermənistan ordusunun həmin istiqamətlərdən raket sistemlərini bölmələrimiz 44 günlük savaş dövründə məhv edib. Onların raket sistemləri olmadığı üçün orta çaplı topları həmin qarşı tərəfdə mövqelərdə yerləşdirməklə daha uzaq hədəfləri, Havuşdakı yüksəkliyi və Şərurdan keçən yolu vurmaq mümkündür. Görünən odur ki, erməni silahlıları bu istiqamətlərdə hakim yüksəkliklərə çıxmağa çalışırlar. Lakin onlar məqsədlərinə nail olmayacaqlar. Ordumuz ayıq-sayıqdır və qarşı tərəfin bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, - deyə Vətən müharibəsi veteranı söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO