Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın uzun illərdir davam edən işğalçılıq və soyqırımı siyasətinin iflası - Ekspertlərin təhlili

Ermənistanın uzun illərdir davam edən işğalçılıq və soyqırımı siyasətinin iflası -  Ekspertlərin təhlili

Bakı, 14 oktyabr, Elmir Səftərov, AZƏRTAC

Cənubi Qafqazda sabitliyin, sülhün, əməkdaşlığın deyil, işğalın, cinayətlərin tərəfdarı olan Ermənistan hər zaman öz mənfur niyyətləri naminə bölgədə gərginliyi daha da artırmağa çalışıb. Bu məqsədlə fürsət düşdükcə və əlverişli şərait yarandıqca öz havadarlarından aldığı dəstəklə Azərbaycan ərazilərini işğal etməklə qane olmayan Ermənistan, həmçinin azərbaycanlıları yaşamaq hüququndan da məhrum edib, onlara qarşı misli görünməmiş soyqırımlarına imza atıb. Cəzasızlıqdan və beynəlxalq hüququn işləksizliyindən istifadə edən təcavüzkar ölkə daha da irəli gedərək Azərbaycanın digər ərazilərini də işğal edəcəyini dünya ictimaiyyətinin gözü qarşısında səsləndirməkdən zərrə də olsa çəkinməyib. Beynəlxalq hüquq normalarının yox, gücün əsas olduğu dünyada Azərbaycan Ermənistana göstərilən hərtərəfli dəstəyə baxmayaraq, tarixi ədaləti öz gücünə bərpa etdi.

Mövzu barədə fikirlərini AZƏRTAC-la bölüşən politoloq Ramiz Alıyev deyib ki, xarici təhdidlərə sinə gərmək, ölkənin ərazi bütövlüyünü qorumaq, separatizmin kökünü kəsmək hakimiyyətin xalq qarşısında götürdüyü son dərəcə vacib öhdəliklərdən hesab olunur. Hər bir iqtidar bu öhdəliklərə sadiq qalmalı, hansısa kənar təzyiqlər qarşısında geri çəkilməməli və kompromisə getməməlidir. Biz bu xüsusiyyətləri, mətinliyi Azərbaycan hakimiyyətinin timsalında görmüşük və hazırda da bunu müşahidə edirik. Ən çətin, çıxılmaz məqamlarda belə xarici dövlətlərin, beynəlxalq təşkilatların güclü təzyiqinə ciddi müqavimət göstərərək ərazi bütövlüyü məsələsində güzəştli sülhə getməyən ölkə rəhbərliyi bu gün Ermənistan dövlətinin, separatçıların ağır cinayət əməllərini, xislətlərini unutmayaraq “dəmir yumruğ”u hazır vəziyyətdə saxlayır. Müharibədə ağır məğlubiyyətə uğramalarına, yalvararaq kapitulyasiya aktı imzalamalarına baxmayaraq, dövlətimiz erməni canilərinin göz yaşlarına inanmır, onların cəzalandırılması üçün mübarizəsini davam etdirir.

“Bu gün özünü dünyaya demokrat, sülh göyərçini kimi təqdim edən, velosiped sürərək guya ekologiyanın dostu olduğunu hər fürsətdə gözə soxan Nikol Paşinyanın əslində mələk cildinə girmiş şeytan olduğunu unutmamalıyıq. Təəssüf ki, Azərbaycanda da N.Paşinyan sevdalı radikal ünsürlərə rast gəlinir. Belələri erməni baş naziri müdafiə etmək üçün Nikol Paşinyan barədə “Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, “bizə qarşı heç bir ərazi iddiası yoxdur”, “torpaqlarımızın işğalında şəxsən iştirak etmiş keçmiş prezidentlərə qarşı amansızdır”, “tezliklə sülh müqaviləsi bağlamaq istəyir” kimi “arqumentlər” səsləndirirlər. Dar siyasi dünya görüşü olan, tarixi yaddaşsızlıqdan əziyyət çəkən, yalnız gündəmin diktəsi ilə cəfəng siyasi mülahizələr irəli sürən belələrinə bir neçə faktı çatdırmaq istəyirəm. N.Paşinyan həmin baş nazirdir ki, “Qarabağ Ermənistandır, nöqtə” deməklə münaqişənin siyasi və diplomatik həllinə olan bütün inam və ümidlərin üstündən xətt çəkdi. Cıdır düzündə yallı gedən, Cəbrayıla yol çəkən N.Paşinyanın avantürist çıxışları müharibəni qaçılmaz etdi. Ermənistanın sabiq müdafiə naziri olmuş David Tonoyan adlı biri yeni ərazi iddiaları ilə çıxış edirdi. Onlar Mingəçevir Su Elektrik Stansiyasını partlatmaqla bizi hədələyirdilər. Ölkəyə rəhbərlik edən insanların bu cür məsuliyyətsiz açıqlamalar verməyə haqları yoxdur və belələri heç vaxt bağışlanılmır. Məhz Paşinyanın əmri ilə Bərdə, Gəncə raketlə vuruldu. Baş nazir və onun komandasının Azərbaycana qarşı ərazi iddiası yox idisə, nə üçün Qarabağda Ordumuza qarşı hərbi müqavimət göstərirdi? Nə üçün müharibənin elə ilk günündə kapitulyasiya aktı imzalamadı? Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, əgər Ermənistan müharibənin dayanmasını istəyirsə, söz versin ki, dəqiq vaxt qrafiki üzrə torpaqlarımızı boşaldacaq. Amma onlar bunu etmədilər”, - deyə R.Alıyev bildirib.

O qeyd edib ki, hazırda Bakıda cəza çəkən Qarabağdakı erməni separatçılarının rəhbərlərinin də cinayət əməllərinə göz yummaq olmaz. Xarici dövlətlərin, beynəlxalq təşkilatların hərbi əsir kimi təqdim edərək onlara azadlıq tələb etmələri riyakarlıqdır, qatı cinayətkarları dəstəkləməkdir, beynəlxalq hüquqa hörmətsizlikdir. Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq saxlanılan 200 nəfərdən artıq ermənini azad edib. Onlarla Cenevrə konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib. Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunublar. Azərbaycan qoşulduğu beynəlxalq konvensiyalar üzrə bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Hətta onlar hərbi əsirlər olsa da törətdikləri əməllərə gözə cəzalandırılmalıdır. Ermənistanın prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, baş nazir Nikol Paşinyan və komandalarının, eləcə də Bakıda həbsdə olan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin əlləri Azərbaycan xalqının qanına batıb. Onların cinayət əməllərini saymaqla bitməz. Azərbaycanda elə bir rayon, qəsəbə, kənd, nəsil, ailə yoxdur ki, erməni separatizminin cinayət əməllərindən əziyyət çəkməsin. Hər kəsin ya ailəsində, ya nəslində, ya da qonşuluğunda Qarabağda ermənilər tərəfindən qətlə yetirilmiş şəhid var, şikəst edilmiş qazi yaşayır. Hər bir rayonda Şəhidlər xiyabanı salınıb. Onlar erməni separatizminin qurbanlarıdır. Qarabağ və Şərqi Zəngəzurdakı yaşayış məskənləri yerlə bir edilmişdi, bəzi rayonlarda bir dənə də salamat tikili qoymamışdılar. Bəs bütün bu iyrənc, ağır cinayət əməllərinə görə kim cavab verməlidir? Biz dövlət və xalq olaraq Ermənistanın siyasi və hərbi rəhbərlərinin “sülh açıqlamalarına”, həbsdəki separatçıların “göz yaşlarına” və xarici dövlətlərin, beynəlxalq təşkilatların “humanist çağırışlarına” inanmamalı və məhəl qoymamalıyıq.

Hərbi ekspert Azər Bayramov AZƏRTAC-a açıqlamasında deyib ki, Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan Ermənistan hərbi-siyasi rəhbərliyinin riyakarlığı bununla bitmirdi. İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın baş naziri və digər rəsmiləri ölkəmizə qarşı yeni ərazi iddialarının, yeni işğal planlarının olduğunu açıq-aydın göstərirdilər. Hətta bir az da irəli gedən Ermənistanın sabiq müdafiə naziri David Tanoyan ABŞ-da bəyan etmişdi ki, “biz Azərbaycandan yeni ərazilər işğal etmək üçün yeni müharibəyə başlayacağıq. Bu açıqlamalar bütün qırmızı xətləri keçməyin, eyni zamanda, ATƏT-in Minsk qrupunun 30 il ərzində heç bir işə yaramayan fəaliyyətinin bariz nümunəsi idi.

Ekspert bildirib ki, Ermənistan hər zaman ölkəmizi mülki obyektləri vuracağı ilə təhdid etməsinə baxmayaraq, bu dövlətə beynəlxalq ictimaiyyət tərəfindən təzyiq və ya hər hansı sanksiyaların tətbiq olunduğunun şahidi olmadıq. Halbuki, İrəvan müharibə qanunlarına zidd şəkildə mülki əhaliyə qarşı fürsət düşdükcə soyqırımları törədib, onları yaşamaq hüququndan məhrum edib.

“Ermənistan öz mənfur niyyətini Vətən müharibəsi dövründə də davam etdirərək savaş bölgəsindən kənarda yerləşən obyektləri, mülki infrastrukturu da hədəf aldı. Əslində, Ermənistan Azərbaycan Silahlı Qüvvələri qarşısında məğlubiyyətinin qacılmaz olduğunu anladığı üçün, ordumuzda, xalq arasında ruh düşkünlüyü yaratmaq məqsədilə bu cür çirkin addımları atdı. Lakin Ermənistan Azərbaycan Ordusu tərəfindən 44 gündə diz çökdürüldü, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin edildi. Həmçinin uzun illərdir ərazilərimizdə kök salan separatizmin kökü kəsildi, bütün qanunsuz silahlı birləşmələr torpaqlarımızdan çıxarıldı. Bundan sonra da əgər Ermənistan tərəfindən ölkəmizə qarşı hər hansı bir təhdid baş verərsə, Azərbaycan bütün bu mənfi çağırışların qarşısını almaq gücündə və iqtidarındadır”, - deyə A.Bayramov vurğulayıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə AZƏRTAC-a açıqlamasında qeyd edib ki, Ermənistan hakimiyyətinin tarix boyu çirkin niyyətləri olub. Onlar nə çar, nə bolşevik Rusiyası, nə də son dövrlərdə Azərbaycana qarşı torpaq iddialarından əl çəkməyiblər, işğalçılıq və soyqırımı siyasətini həyata keçirməyə davam ediblər. Eyni siyasət xəttini davam etdirən Nikol Paşinyan da hakimiyyətə gəldikdən sonra sərsəm bəyanatlar verməyə başladı. Yeni işğal planlarını gizlətməyən Ermənistan rəsmiləri hətta Gəncəyə, Kür çayına qədər olan ərazilərə dair iddialarını səsləndirirdilər. Eyni zamanda, Mingəçevir Su Elektrik Stansiyasını, neft kəmərlərini vuracaqlarını da bəyan edirdilər. Hətta müharibə dövründə bu istiqamətdə cəhdlər də oldu. Gəncənin, Bərdənin, Tərtərin bombalanması, Mingəçevir istiqamətində raket zərbələri endirilməsi bunların bariz nümunəsidir.

“Ermənistan Azərbaycana vurduğu zərəri ödəməli, Robert Koçaryan, Serj Sarkisyan kimi cinayətkarları ölkəmizə təhvil verməlidir. Həmçinin Ermənistan konstitusiyasında dəyişikliklər edilməli, Zəngəzur dəhlizi açılmalı, digər kəndlər də Azərbaycana qaytarılmalıdır”, -deyə E.Həsənli vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı