ƏSAS DİQQƏT RUSİYA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞININ DAHA DA MÖHKƏMLƏNMƏSİNƏ YÖNƏLDİLƏCƏKDİR
Q.Karasin səfiri təbrik etmiş, ona müvəffəqiyyətlər arzulamış və bildirmişdir ki, Polad Bülbüloğlunun Rusiyada tanınması və sevilməsi onun Rusiyada fəal, səmərəli diplomatik fəaliyyət göstərəcəyinə zəmin yaradır və o, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfələr verəcəkdir.
Görüşdə səfirliyimizin gələcək fəaliyyəti, milli diasporumuzun üzləşdiyi problemlər, onun həlli yolları müzakirə olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuşdur. Səfir Polad Bülbüloğlu bu məsələlərə xüsusi diqqət yetirəcəyini, diplomatik fəaliyyətini Azərbaycan-Rusiya əlaqələrinin inkişafına yönəldəcəyini bildirmiş, Rusiya tərəfdən də səmərəli əməkdaşlıq üçün lazimı addımların atılacağına ümid etdiyini söyləmişdir. Səfir Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə qarşıdakı səfərinə Azərbaycanda xüsusi əhəmiyyət verildiyini vurğulamış və Rusiyada Azərbaycan ili çərçivəsində təşkil olunacaq tədbirlərin ikitərəfli əməkdaşlıq üçün səmərəli nəticələr verəcəyinə inandığını vurğulamışdır.
Sonra Polad Bülbüloğlu İTAR-TASS agentliyində mətbuat konfransı keçirmiş, yerli və xarici jurnalistlərin suallarına cavab vermişdir.